Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bakı 2025-ci ildə karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı 2025-ci ildə karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək

13.07.2020 [23:17]

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi 2025-ci ildə böyüklərin Avropa çempionatının Bakıda keçiriləcəyini təsdiqləyib.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a verilən məlumata görə, iyulun 13-də komitə üzvlərinin qatıldığı videokonfransda 2021-2025-ci illər təqvim planı bir daha nəzərdən keçirilib, qarşıdakı digər rəsmi yarışların tarixləri təsdiqlənib. İclasda AMKF-in prezidenti Yaşar Bəşirov da iştirak edib.

EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə keçirilən virtual toplantıda koronavirus pandemiyasının yaratdığı çətinliklər dövründə karatenin vəziyyəti də müzakirə olunub. Tədbirdə, həmçinin, həyat öz axarına düşdükdən sonra inkişaf strategiyasına yenidən baxılacağı da bildirilib.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30