Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sahibkarlar üçün daha bir il nəfəslik

Sahibkarlar üçün daha bir il nəfəslik

25.01.2022 [09:49]

M.ABDULLAYEV

Dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsinə nəzər saldıqda görürük ki, həmin ölkələrin iqtisadiyyatının güclənməsində sahibkarlıq subyektlərinin rolu kifayət qədər böyükdür. Yeniliklərə, müasir yanaşmalara açıq olan Azərbaycan dövləti də bu təcrübədən bəhrələnməklə ölkə üzrə özəl sektorun inkişafının stimullaşdırılmasına davamlı olaraq “yaşıl işıq” yandırır. Respublikamızda davamlı iqtisadi inkişafın təmin edilməsində özəl sektorun hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Özəl sektorun inkişafına dövlət dəstəyi

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyinin əhatə dairəsi kifayət qədər genişdir. Bura həm siyasi, həm də maddi dəstək tədbirləri daxildir. Son 18 ildə dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlar əsasında respublikamızda biznes mühitinin ardıcıl şəkildə optimallaşdırılması təmin edilib. Respublikamızda daxili bazar qorunmaqla yanaşı, milli şirkətlərin investisiya fəallığının, xarici bazarlara çıxış imkanlarının artırılması da güclü şəkildə təşviq olunur. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, hazırda Azərbaycanda özəl bölmənin infrastruktur təminatı yüksək səviyyədədir. Ölkədə sahibkarlıq subyektlərinə çox asanlıqla müxtəlif infra­struktur şəbəkəsinə qoşulmaq imkanı yaradılıb. Sahibkarlar zamanında dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan bu infrastrukturdan bəhrələnməklə müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.

Əlamətdar haldır ki, respublikamızda özəl sektora dəstək tədbirləri ardıcıl səciyyə daşıyır. Son bir ildə islahatların davamı olaraq sahibkara dəstək məqsədilə daha bir neçə mühüm qərar qəbul edilib. Son bir ildə ölkə üzrə “KOB dostları” şəbəkəsi daha da genişləndirilib. Kiçik və orta sahibkarlıq subyektlərinin bazara çıxış imkanlarının genişləndirilməsi ölkəmizdə özəl bölmənin inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiqlənib. Qaydaya əsasən dəstək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək. Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər.

Aparılan islahatlar çərçivəsində sahibkarların innovativ layihələrinin dəstəklənməsi xüsusi önəm daşıyır. Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Start­ap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Maliyyə mənbələrinə asan çıxış

Respublikamızda, həmçinin İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aparılmış təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib. Belə ki, sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.

Sahibkarlıq subyektləri arasında aparılmış sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib. Bununla əlaqədar, fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, 6 sənəd təqdim etmək imkanı qazanıblar.

Yoxlamalara daha bir il moratorium

Ölkəmizdə biznes mühitinin optimallaşdırılması istiqamətində görülən tədbirlərin bir qismi sahibkarların incidilməsi, onların fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılması ilə bağlıdır. Bu kimi neqativlərə son qoyulmasını təmin etmək üçün respublikamızda hüquqi mexanizm işə salınıb.  Belə ki, Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanunu təsdiq edib. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək, 2021-ci ilin mart ayında isə 2022-ci il yanvarın 1-dək uzadılıb.

 Azərbaycan hökuməti sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan moratoriumun müddətini?1 yanvar 2023-cü ilədək uzadılmasını planlaşdırır. Bu barədə “Yeni Azərbaycan”a Milli Məclisdən məlumat verilib. “Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır. Bu gün (dünən -red.) 2022-ci ilin yaz sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik barədə qanun layihəsi təqdim olunub. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur”. Bunu “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

Bir vaxtlar respublikada yoxlamalardan təngə gələn sahibkarların fəaliyyətlərini dayandırmaları və öz mağazalarının, istehsal və xidmət obyektlərinin qapılarından qıfıl asmaları kütləvi hal almışdı. Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2023-cü ilin yanvarınadək uzadılması çoxsaylı sahibkarlar ordusu üçün daha bir il nəfəslik deməkdir. Sahibkarların istəyi odur ki, bu nəfəslik uzunmüddətli və daha geniş olsun. “Növbəti bir il ərzində də yoxlamalar məhdud çərçivədə aparılacaq. Qanuna əsasən, vergi yoxlamaları istisna təşkil edir. Eyni zamanda, əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdidlərin olduğu hallarda, eləcə də tikintiyə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər”, - deyə Aydın Hüseynov vurğulayıb.

Paylaş:
Baxılıb: 308 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31