Ölkəmizin qlobal inteqrasiyaya verdiyi töhfə
14.08.2024 [11:13]
Dünya birliyindəki rolumuz artır...
Yeganə BAYRAMOVA
Azərbaycanın daim dəyişən beynəlxalq və regional proseslərə uyğun olaraq yürütdüyü xarici siyasəti var. Ölkə başçısının da mütəmadi olaraq beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar, dünyanın güc mərkəzləri ilə apardığı müzakirələr sayəsində qlobal siyasi arenada etibarlı tərəfdaş kimi etimad qazanmışıq.
Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq qurub. Ölkəmiz beynəlxalq münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir. Azərbaycan həmçinin qlobal və regional miqyasda xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır.
Azərbaycan bütün dünyada etibarlı tərəfdaşdır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan müasir geosiyası reallıqda Cənubi Qafqazda lider ölkədir. Onun sözlərinə görə, bunun da əsas meyarı uğurlu, xarici siyasət, iqtisadi inteqrasiya və siyasi sabitlikdir: “Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində-coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, regionda söz sahibi olan dövlətə çevrilmişik, ölkəmizin beynəlxalq “siyasət səhnəsi”ndə nüfuzu və mövqeyi daha da möhkəmlənib. Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurub. Respublikamızda xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir. Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıdıb”.
Beynəlxalq mövqelərimiz güclənib
T.Rzayev qeyd edib ki, çoxtərəfli münasibətlər fonunda Azərbaycan dünyanın əksər beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq kursu həyata keçirir: “Həmin əməkdaşlıq kursu qarşılıqlı, faydalı əməkdaşlığa söykənir. Dövlətimiz heç zaman başqalarının daxili işlərimizə qarışmasına imkan verməyib. Eyni münasibəti də qarşı tərəflərdən tələb edib. Ona görə də Azərbaycanın qeyd etdiyim istiqamətdə apardığı xarici siyasət kursu nəticəsində beynəlxalq mövqeləri də güclənir. Eyni zamanda həmin siyasət nəticəsində ölkəmizin hərbi gücü kifayət qədər artıb. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz tarixi qələbəyə imza atıb. Möhtəşəm zəfər Azərbaycan xalqının ləyaqətini, qürurunu özünə qaytarıb, xəcalət təri alnımızdan silinib. Hazırda həmin qələbənin təntənəsini yaşayırıq və yeni hədəflər müəyyən etmişik. İşğaldan azad olunan ərazilərimizin yenidən qurulması və bərpası ilə bağlı siyasət reallaşmaqdadır”.
Bərabərhüquqlu tərəfdaşlıq münasibətləri...
Politoloqun sözlərinə görə, dövlətçiliyimizin möhkəmlənməsinə dəstək olan qurumlara mane olanları aydın şəkildə ayırmalıyıq: “Hazırda beynəlxalq münasibətlər sistemi elə bir vəziyyətə gəlib ki, dünya birliyi anlayışı öz formasını dəyişib. Demək olar ki, dünya birliyi mövcud deyil. Azərbaycanın dünya birliyinə inteqrasiyası mövzusuna gəlməmişdən öncə, beynəlxalq münasibətlər sisteminin hazırki vəziyyətinə nəzər salmağı önəmli hesab edirəm. Dünyada inamsızlıq və milli eqoizm hökm sürür. Beləliklə, beynəlxalq hüquq sisteminin və beynəlxalq təhlükəsizlik mexanizmlərinin deqradasiyası baş verdi, bu sahədə bir çox çağırışlar var. Lakin o demək deyil ki, Azərbaycan beynəlxalq təşkilatlarla, regional və qlobal birliklərlə əməkdaşlıq etməməlidir. Sadəcə olaraq dövlətçiliyimizin güclənməsinə dəstək olan qurumları, buna mane olmaq istəyən qurumlardan aydın şəkildə ayırmaq lazımdır.
Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan Respublikası bununla özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olub”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

