Rasional və praqmatik siyasət!
05.10.2024 [09:12]
Dünya ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır...
Ölkə başçısının yürütdüyü mükəmməl və praqmatik xarici siyasət Azərbaycanı dünya miqyasında etibarlı tərəfdaş kimi tanıdıb. Bu, artıq heç kimin inkar edə bilməyəcəyi tarixi faktdır. Bu gün Azərbaycan dünya birliyinin bütün sahələrində, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşa çevrilib. Sözsüz ki, bu sadaladığımız faktların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. Ona görə də bu gün Azərbaycanın iştirakı olmadan nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib.
Sözsüz ki, sadaladığımız bu uğurlar dünya birliyi ilə inteqrasiya istiqamətində görülən düzgün işlərin nəticəsində mümkün olub. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz, bunun üçün konkret addımlar atır. Bu gün Azərbaycan dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə bir çox nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya dövlətləri ilə sıx əməkdaşlıq edir.
Azərbaycan fəal xarici siyasət yürüdür
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, bu gün dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri əhatə edir. Onun sözlərinə görə, inteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyillərinə çevrilib: “Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən dövlətimiz Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaradıb, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirilib. Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaradıb, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atıb. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi çoxsaylı beynəlxalq təşkilata üzv olub”.
Geosiyasi reallıqların düzgün qiymətləndirilməsi
Z.Məmmədovun sözlərinə görə, dünyanın bir sıra ölkələrində qanlı toqquşmaların, ciddi böhranların hökm sürdüyü bir vaxtda Azərbaycanda sabitlik hökm sürür: “Ölkə başçısının region və dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurması bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Prezidentin geosiyasi və qlobal reallıqları yaxından izləməsi və düzgün qiymətləndirməsi Azərbaycanı təhlükəsiz, inkişaf və tərəqqi yolunu tutmuş ölkəyə çevirib. Bu, Azərbaycanın dünya çapında qəbul edilmiş ciddi dövlət statusu qazanmasına töhfə verir”.
Azərbaycanla əməkdaşlıqdan məmnundurlar...
Politoloq qeyd edib ki, İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib: “Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. 44 günlük müharibənin uğurlu nəticələri göstərdi ki, Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyir, daxili və xarici siyasətdə davamlı uğur əldə edir. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.
Məhz ona görə də bütün dünya ölkələri Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlarla razılaşıb. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlıq və qlobal həmrəyliyə istiqamətdirilməsi ilə birbaşa bağlıdır. Prezident milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə Azərbaycanı dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Təsadüfi deyil ki, İlham Əliyev dünyada ən çox etimad göstərilən liderlərdəndir. Ona görə də dünyanın bir sıra aparıcı dövlətləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdən məmnundurlar və mövcud əlaqələrin daha da dərinləşdirilməsi, o cümlədən yeni əməkdaşlıq platformalarının axtarışında olduqlarını qeyd edirlər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11

