Azərbaycanın İKT sektoru...
10.01.2025 [08:54]
Ötən il rəqəmsal hökumət sahəsində mühüm addımlar atılıb
Son illər Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru ölkənin iqtisadi strategiyasının mərkəzində dayanaraq, qeyri-neft sektorunun əsas drayverlərindən biri olub. Məlumdur ki, dayanıqlı iqtisadi modelin formalaşdırılması qeyri-neft sektorunun inkişafını zəruri edir. Bu kontekstdə əsasən informasiya və kommunikasiya texnologiyaları sektoru mühüm rol oynayır. 2024-cü il bu sahədə inkişafın yeni mərhələsinin əsasını qoyub. Xüsusilə də rəqəmsal transformasiya, startap ekosisteminin genişləndirilməsi və texnologiya parklarının fəaliyyətində irəliləyişlər əldə edilib.
Müasir dünyada iqtisadi keçidin effektiv və sürətli həyata keçirilməsi rəqəmsallaşmanın və innovativ texnoloji həllərin tətbiqini tələb edir. Son illərdə Azərbaycanda bu istiqamətdə nəzərəçarpan tərəqqi əldə olunub və ötən il bu sahədə xüsusilə əlamətdar olub.
Rəqəmsal hökümətdə tarixi nəticə...
Ötən il Azərbaycanda rəqəmsal transformasiya və e-idarəetmə sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində təqdim olunan yeni xidmətlər vətəndaşlar üçün daha əlçatan olub, “ASAN xidmət” və “e-Gov” platformaları üzərindən həyata keçirilən əməliyyatların sayı rekord səviyyəyə çatıb. Bununla yanaşı, rəqəmsal valyuta və blokçeyn texnologiyalarının dövlət və özəl sektorda tətbiqi genişlənərək maliyyə əməliyyatlarının şəffaflığını və təhlükəsizliyini artırıb.
Bu sahədə ən diqqətçəkən addımlardan biri şəxsiyyət vəsiqəsinin fiziki təqdim edilməsinə olan tələbin aradan qaldırılmasıdır. Belə ki, artıq şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilə bilər. Vətəndaşlar “myGov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət məlumatlarını müxtəlif üsullarla paylaşa bilirlər.
Rəqəmsal hökumət sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinə səbəb olub. İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişaf İndeksində (EGDI) ən yüksək kateqoriya olan “Very High EGDI” ölkələr sırasına daxil edilib.
Ölkənin onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu göstəricilərində 21 %-lik artım qeydə alınıb. Bundan əlavə, Elektron İştirakçılıq İndeksində (EPI) 28 % irəliləyişlə Azərbaycan 98-ci yerdən 88-ci yerə yüksəlib. Bu nailiyyətlər Azərbaycanın rəqəmsal transformasiya sahəsində ciddi irəliləyiş əldə etdiyini təsdiqləyir.
Bu uğurlar ölkədə İKT sektorunun inkişafına və qeyri-neft iqtisadiyyatının gücləndirilməsinə töhfə verən mühüm addımların bir hissəsidir. Rəqəmsallaşma istiqamətində görülən işlər Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını artırmaqla yanaşı, xidmət keyfiyyətini də yüksəldir.
İKT sektoru rəqəmlərdə və gələcəyə baxış!
Son statistik məlumatlar Azərbaycanın informasiya və rabitə sektorunda davamlı inkişafı göstərir. Ötən ilin 11 ayında sektor üzrə gəlirlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 % artaraq 3,2 milyard manata çatıb. İKT sektorunun ümumi daxili məhsuldakı payı isə 1,8 %-ə yüksəlib (bir il əvvəl bu rəqəm 1,7 % idi).
Yüksəksürətli və sabit genişzolaqlı internetlə ölkə ərazisinin 100 % təmin olunmasını nəzərdə tutan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində son bir ildə 1 milyon 445,9 min ev, mənzil və biznes subyektinin internetə çıxışı təmin edilib. Bununla da ümumi belə subyektlərin sayı 2 milyon 965,3 minə çatıb.
“Digital Bridge” milli məlumat mübadilə sistemi də mühüm tərəqqiyə nail olub. Ötən il ərzində sistemdə 1 milyarddan çox tranzaksiya həyata keçirilib. Sistemdə inteqrasiya olunan informasiya sistemlərinin sayı 150-ni keçib və gündəlik tranzaksiyaların həcmi 1,5 milyona çatıb.
İKT sektorunda əlavə dəyər yaratmaq, infrastrukturun inkişafını sürətləndirmək, texnoloji sahibkarlar və startaplar üçün əlverişli mühit təmin etmək, maliyyə resurslarına əlçatanlığı artırmaq və kibertəhdidlərə dayanıqlılığı gücləndirmək əsas prioritetlərdir. Bu strateji addımların 2025-ci ildə də sektorda əhəmiyyətli irəliləyişlərə səbəb olacağı gözlənilir.
Statistik məlumatlara əsasən, 2025-ci il üçün rəqəmsal iqtisadiyyatın genişlənməsi ilə bağlı mühüm gözləntilər var. E-ticarət və rəqəmsal ödəniş sistemlərinin daha da inkişafı bu sahədə əsas prioritetlərdən biri olacaq. Bununla bağlı hüquqi tənzimləmələrin gücləndirilməsi planlaşdırılır ki, bu da investorlar üçün daha cəlbedici mühitin yaradılmasına xidmət edəcək.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22