Uşaqların hərtərəfli inkişafı üçün...
20.05.2025 [09:29]
Ailə və məktəbin rolu necə olmalıdır?
Uşaqların fiziki inkişafı kimi onların mənəvi cəhətdən formalaşması da vacib şərtlərdən hesab olunur. Uşaq və gənclərin layiqli vətəndaş olmaları üçün valideynlərlə bərabər təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin də əməyi danılmazdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi dəyərlər müstəvisində yetişməsini təmin etməkdir. Bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət kimi formalaşmalarına cavabdehlik daşıyırlar.
Məlumdur ki, uşağın inkişafı, eyni zamanda, ailədə ünsiyyətin necə təşkil olunmasından asılıdır. Şəxsiyyətlərarası münasibətləri anlamaq və dərk etmək uşaq üçün vacib məsələ hesab edilir. Uşaqlarda əxlaqi, iradi, estetik və s. keyfiyyətlər tərbiyə olunur , “yaxşı - pis”, “xeyir - şər”, “gözəl - çirkin”, “doğru - yalan” anlayışları, utanma hissi, ikrah hissi formalaşır. Uşaqlarda ictimai münasibət və ünsiyyət qaydaları formalaşır, ictimai davranış qaydaları və qadağaları başa düşürlər.
Mənəvi inkişafda əsas komponentlərdən biri
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, uşaqların sosiallaşmasında onları əhatə edən insanların təsiri böyükdür. Onun sözlərinə görə, uşaqlar adətən, təqlid etməyə, davranışları mənimsəməyə meyillidirlər: “Onların sosiallaşması bununla məhdudlaşmır. Məktəbəqədər yaşlı uşaqlar böyüklərin həyatı ilə bir çox cəhətdən - müşahidə etməklə, dinlədikləri nağıllar, şeirlər vasitəsilə tanış olurlar. Onun üçün nümunə başqalarının sevgisini, hörmətini qazanan insanların davranışıdır. Həmyaşıdlarının da davranışı uşaq üçün nümunə ola bilər. Müasir uşaqlar üçün 6-7 yaşa qədər məktəbəqədər uşaqlıq dövrü başa çatır. Ümid edək ki, əsas vəzifələrdən biri yerinə yetirilib - uşağın inkişaf edən şəxsiyyətində zəruri bilik və bacarıqlarla yanaşı, humanist, insani dəyərlər də yer alır. Bütün bunlar isə uşaqların mənəvi inkişafı üçün əsas komponentlərdən biridir”.
Valideynlərin diqqətli olması vacibdir...
Psixoloq ailə sistemində baş verənlərin uşağın emosional vəziyyətinə və inkişafına təsirləri ilə bağlı məqama da toxunub. O, qeyd edib ki, uşağın emosional vəziyyətinə, ümumiyyətlə, ailədəki münasibətlər, xüsusən də uşağın ailə üzvləri ilə münasibəti təsir göstərir: “Uşaq emosional reaksiyaları valideynlərindən və ailə üzvlərindən öyrənir. Yəni uşaqlar böyüklərdən ətrafdakı insanlarla qarşılıqlı əlaqənin əsas nümunələrini öyrənirlər. Uşaqların stressdən və gərginlikdən uzaq durmaları da mühüm məsələ kimi dəyərləndirilir. “Emosional stress” qeyri-spesifik adaptiv gərginlikdir və bədənin xarici mühitinin patogen təsirinə reaksiyaları, həddindən artıq güc və ya mənfi müddətlə vasitəçilik edən amildir. Bu amillərin hər biri də uşaqların mənəvi inkişafına təsirsiz ötüşmür. Ona görə də valideynlərin diqqətli olması vacibdir”.
Məktəbəqədər müəssisələrin rolu
E.Rüstəmov qeyd edib ki, ailə ilə yanaşı, məktəbəqədər müəssisələr də uşaqların əqli, fiziki, mənəvi, sosial-emosional inkişafında əhəmiyyətli rol oynayır: “İlk növbədə onların sosiallaşmasını təmin edir. Uşağın öz ailəsi xaricində güvənli bir mühitdə sosiallaşması olduqca vacibdir. Məktəbəqədər müəssisədə, xüsusilə ailənin tək övladı olan uşaqların həmyaşıdları ilə eyni şəraitdə paylaşmağı öyrənmələri asanlaşır. Beləliklə, uşaqlar dinləmək, hörmət etmək və kollektiv fəaliyyət göstərmək kimi təməl prinsipləri erkən yaşda qavraya bilirlər.
Məktəbəqədər yaş dövrünün sonunda uşaqların hissləri və təcrübələri daha mürəkkəb və fərqli olur. Emosionallığı və təəssürat qabiliyyətini qoruyub saxlayaraq, əvvəlki sadəlövhlük və inandırıcılıq artıq mövcud deyil. Özünənəzarət, özünütənqid, öhdəliklərin artması, günahkarlıq hissləri, ədalət, gözəl və çirkin kimi ifadələri anlamağa başlayırlar. Uşaqla münasibətlərdə böyüklər incə şəkildə emosional təsir formalarını seçməlidirlər. Uşağa emosiyaların müsbət və mənfi təsir formaları kortəbii olaraq yaranmamalı, bir növ ünsiyyət texnikasına çevrilməlidir. Burada əsas fon müsbət emosiyalardır və günahlandırma forması kimi istifadə olunur. Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin inkişafında həmyaşıdları ilə ünsiyyətin ona göstərdiyi təsirin mühüm rolu var”.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

