Dövlətin mühüm hərəkətverici qüvvəsi...
21.06.2025 [08:57]
Vətəndaş cəmiyyətinin inkişafı prioritetdir!
Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu əvəzolunmazdır. Demokratik və müstəqil inkşaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş - şəxsiyyət amilinə əsaslanır. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferası kimi dəyərləndirilir.
Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, onun dövlətə ehtiyacı olmadığı mənasını vermir. Sadəcə dövlət iştirakının qaçılmaz olduğu istiqamətə yönəlməlidir. Xüsusən müdafiə, qanunvericilik, xarici siyasət, büdcə, ekologiya, nəqliyyat və vətəndaşların hüquqlarının müdafiəsi sahələrini buraya aid edə bilərik. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısaca, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.
Vətəndaş cəmiyyətinin inkişafında təməl prinsiplər
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir: “İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial problemlərin həlli, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, müstəqil media, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına daxil olan elementlər öz mövqeyini açıq ifadə etmək imkanı, söz və fikir azadlığı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyidir”.
Ümumxalq mənafeyinin qorunmasına xidmət edən siyasət
Deputat qeyd edib ki, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkişaf strategiyasının işlənməsinə yönəlmiş olur: “Nəticədə, bu cəmiyyətin mahiyyəti hakim elitanın, hakimiyyətin ifadəçisi olmaq deyil, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini ifadə etməkdir.
Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə - vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü müxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsində göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şəksizdir”.
Dövlətimiz bu məsələlərə həssas yanaşır...
B.Məhərrəmov vurğulayıb ki, vətəndaşlarımızın hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər günü-gündən artır: “Təbii ki, yeni çağırışlar var. Dünyada bir çox sistem, qəbul edilmiş qərarlar, qanunlar sürətlə dəyişir. Dünyada siyasi mənzərə də yenidən formalaşdırılır. Buna uyğun olaraq dövlətlər milli fəaliyyət proqramlarını yeniləyirlər. Azərbaycan dövləti də bu məsələlərə həssas yanaşır. Dövrün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi, yeni təkliflərin verilməsi labüddür. Həmişə də belə olacaq. Bu yolda Azərbaycan dünyanın bir çox aparıcı dövlətləri sırasındadır. Cəmiyyət inkişaf etdikcə bütün bu məsələlər həmişə dövlətin əsas diqqət mərkəzində olan, prioritet vəzifə kimi qalacaq”.
Daimi dialoq platforması...
Deputat qeyd edib ki, bu gün vətəndaş cəmiyyəti üçün pozitiv olan istiqamətlərdən biri də ondan ibarətdir ki, dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq genişlənib: “Bu əməkdaşlığın müxtəlif formatları var. Bu formatlardan biri də açıq hökumət platformasıdır və çox səmərəli, effektiv fəaliyyət göstərir.
Vətəndaş cəmiyyəti və dövlət arasında daimi dialoqu təmin etməklə bağlı mühüm istiqamətlərdən biri də mərkəzi-yerli icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasıdır. Bu, daimi dialoq platformasıdır. Hazırda əsas məqsəd effektiv səmərəliliyin artırılmasıdır. Bu gün vətəndaş cəmiyyətinin dövlət qurumlarına bir partnyor kimi qəbuledilmə təfəkkürü genişləməyə doğru gedir”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45

