Kəngərliyə 6-cı köç!
01.07.2025 [08:11]
“Böyük Qayıdış” davam edir...
İşğaldan azad edilmiş Qarabağ torpaqlarında nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi göz önündədir. Həmin ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha sürətli gedir. Məqsəd ölkə başçısının siyasi iradəsi, ordumuzun rəşadəti, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqların əsl sahiblərinin tam şəkildə qayıdışı və firavan yaşayışının təmin edilməsidir.
Daha 37 ailə yola salındı
Ağdamın yeni həyat başladığı kəndlərindən biri Kəngərlidir. Xatırladaq ki, bu il mayın 10-da Prezident İlham Əliyev Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib, sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim etmişdi.
Kəngərliyə 2-ci köç 20 may 2025-ci il, 3-cü köç 23 may 2025-ci il, 4-cü köç 27 may 2025-ci il, 5-ci köç 18 iyun 2025-ci ildə baş tutub.
Dünən - 30 iyun 2025-ci il tarixində isə Kəngərliyə 6-cı köç reallaşıb. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə, 50 minə yaxın insan yaşayır.
Yeni dövrə qədəm qoyan Ağdam!
İşğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinin sürətlə icra olunduğu torpaqlarımızdan biri Ağdamdır. Ağdamda görülən işləri sadəcə işğaldan azad olunan bir şəhərin yenidənqurulması kimi qiymətləndirmək düzgün deyil. Əslində, indi Ağdamda aparılan işlər, atılan addımlar Azərbaycan dövlətinin əzmini, xalqımızın iradəsini və tarixə olan bağlılığını nümayiş etdirir. Bir sözlə, bugünkü Ağdam dünənin dağıntıları üzərində qurulan sülh, sabitlik və inkişaf şəhəridir.
Qədim insanların yaşayış məskənlərindən olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olub. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. 1993-cü ilin iyul ayının 23-də Ağdamın işğal tarixini 20 noyabr 2020-ci il qələbə tarixi ilə əvəzlədi. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Beləliklə, 27 ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalandı.
Kəngərlidə yeni tarix yazılır...
Ağdamın mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu evlər hər bir ailənin ehtiyacları nəzərə alınaraq tikilib. İki, üç, dörd və hətta beşotaqlı evlər, ailələrin say tərkibinə uyğun şəkildə inşa edilib. Hər bir evin on iki sotluq geniş həyətyanı torpaq sahəsinin olması isə sakinlərin həm öz ehtiyaclarını ödəməsi, həm də kənd təsərrüfatı ilə məşğul olmalarına unikal imkan yaradır. Bu, “ağıllı kənd” konsepsiyasının tərkib hissəsi olaraq məşğulluğun təmin edilməsinə, bölgənin aqrar potensialının inkişafına xidmət edir. Evlər bütün zəruri kommunal xidmətlərlə - fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və müasir kanalizasiya sistemləri ilə tam təchiz olunub.
Kəngərli kəndinə qayıdış daha böyük və möhtəşəm prosesin, bütün Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi strategiyasının ayrılmaz parçasıdır. Bu, Azərbaycanın postmünaqişə dövründə dünyaya təqdim etdiyi bərpa və quruculuq modelidir. Azərbaycan heç bir xarici maliyyə dəstəyi olmadan, sırf daxili resursları hesabına tarixdə analoqu olmayan miqyasda quruculuq işləri həyata keçirir. Bu proses 2022-ci ilin iyul ayında Zəngilan rayonunun Ağalı kəndi ilə başladı. “Ağıllı kənd” konsepsiyası ilə yenidən qurulan Ağalı, Böyük Qayıdışın ilk müjdəçisi idi. Ardınca Füzuli və Laçın şəhərlərinə, Laçının Zabux və Sus kəndlərinə, Ağdərə rayonunun Talış kəndinə, Cəbrayıl və Şuşa şəhərlərinə, Xocalı şəhərinə və Ağdamın Kəngərli kəndinə köç karvanları bir-birini əvəz etdi. Bu günə qədər artıq on minlərlə keçmiş məcburi köçkün doğma yurd-yuvasına qovuşub. Bu rəqəm bölgədəki ümumi canlanmanın yalnız bir hissəsini əks etdirir...
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

