Regionlarımızın iqtisadi inkişaf dinamikası...
29.07.2025 [12:18]
Hər bir layihə həyata keçirilir!
Regionların iqtisadi inkişafının təşviqi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərdən biridir. Məhz bu siyasətin həyata keçirilməsi sayəsində regionlardakı vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib, sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan çoxşaxəli tədbirlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Eləcə də dövlət və özəl sektor əməkdaşlığı bu istiqamətdə uğurların əldə edilməsində mühüm rola malikdir. Habelə, son dövrlərdə azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həm infrastruktur, həm də sosial-iqdisadi işlərinin həyata keçirilməsi bu iqtisadi rayonların da simasının tamamilə dəyişməsnə səbəb olmaqdadır.
23 milyard manat vəsait ayrılıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. “Respublikamızın hər bir yaşayış məntəqəsi inkişaf proqramlarına daxil edilib, bütün regionlarda yol infrastrukturu, səhiyyə və təhsil ocaqları yenidən tikilib, region və şəhərlərin hamısı içməli su və kanalizasiya xidmətləri ilə təmin edilib. O cümlədən respublika üzrə qazlaşma 96 faizi ötüb. Elektrik enerjisinin dayanaqlı təminatı üzrə işlər həyata keçirilir. Rabitə və sürətli internet xidmətləri bütün regionlarımızı 100 faizə yaxın əhatə edir. Həmçinin son 20 ildə regionlarımızın sosial infrastrukturu müasirləşdirilib. Dövlət proqramlarının icra olunduğu 2004-2024-ci illər ərzində ümumi daxili məhsul 3,5 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 3 dəfə, sənaye üzrə 3,2 dəfə, kənd təsərrüfatı üzrə 1,9 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,6 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası sürətlə icra olunur. Belə ki, 2025-ci il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 23 milyard manat vəsait ayrılıb. Bir zamanlar öz dədə-baba yurdundan didərgin düşən məcburi köçkünlər indi müasir formada inşa edilən evlərinə qayıdırlar”.
İnvestisiyalar iqtisadiyyatı şaxələndirir
V.Bayramov qeyd edib ki, regional inkişaf proqramları çərçivəsində yerli sahibkarlığın dəstəklənməsi, təhsil və sağlamlıq xidmətlərinin inkişafı ilə bağlı tədibirlər də prioritetdir ki, bütün bu kompleks tədbirlər sosial-iqtisadi inkişafı sürətləndirir. Kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrə yönəldilən investisiyalar yerli iqtisadiyyatı şaxələndirərək daha dayanıqlı və rəqabətli edir. “Sosial-iqtisadi inkişafın təşviqi həm də əhali arasında sosial ədalətin bərpa olunmasına və həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Dövlət tərəfindən həyata keçirilən regionların inkişafı proqramları mövcuddur. Məhz iqtisadi islahatlar və sosial layihələr vasitəsilə kənd və şəhər əhalisi arasında gəlir fərqləri azaldılır. Bir sözlə, bu addımlar ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərir və cəmiyyətin bütün təbəqələrini əhatə edən inkişaf modelinə zəmin yaradır”.
Sosial inkişaf sayəsində əhalinin rifah səviyyəsi yüksəlir
Deputatın sözlərinə görə, hazırda icrası davam etdirilən növbəti dövlət proqramı azad sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə, yerli və xarici investisiyaların artmasına, müasir texnologiyaların və qabaqcıl rəqəmsal təcrübənin tətbiqinin genişlənməsinə və rəqabətədavamlı məhsul istehsalının və yeni müəssisələrin, iş yerlərinin yaradılmasına səbəb olmaqdadır. “Nəticə etibarilə regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil kimi prioritetliyini saxlamaqdadır”.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

