Milli kimlik və özünüdərk...
27.08.2025 [10:18]
Güclü dövlətimizin özəyini təşkil edən ideologiya!
Tariximizi, mədəniyyətimizi, dilimizi və ənənələrimizi qorumaq, bu dəyərləri gələcək nəsillərə ötürmək əsas məqsədlərdəndir. Uzun illərdən bəri azərbaycançılıq ideyası xalqımızın öz kimliyini dərk etməsinə və bu kimliklə fəxr etməsinə şərait yaradıb. Azərbaycançılıq eyni zamanda ölkənin multikultural quruluşunu qoruyur və təşviq edir. Belə ki, milli ideologiyamız ölkəmizdə müxtəlif etnik və dini qrupların birgə yaşaması, Azərbaycanın multikulturalizm və dözümlülük nümunəsi kimi dünyada tanınmasına səbəb olub. Lakin bu ideya ilk olaraq milli birliyin və özünəməxsus kimliyin qorunması məqsədini güdür.
Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir.
Vətənə və xalqa xidmət
Azərbaycançılıq insanları vətənlərinə və xalqına xidmət etməyə çağırır. Bu, yalnız hərbi xidmət deyil, həm də ölkənin inkişafına töhfə vermək, milli iqtisadiyyatın gücləndirilməsi və sosial ədalətin təmin edilməsi kimi geniş sahələri əhatə edir.
Dil və ədəbiyyat
Azərbaycan dili milli ideyamızın əsas dayaqlarından biridir. Dilin qorunması, inkişafı və geniş istifadəsi ideyanın mərkəzində dayanır. Azərbaycan ədəbiyyatının təbliği və inkişafı da bu ideyanın mühüm hissəsidir, çünki ədəbiyyat xalqın düşüncə tərzini və dəyərlərini ifadə edir.
Ölkəmizin beynəlxalq imici
Azərbaycançılıq ideyası ölkəmizin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsinə və ölkənin dünya arenasında daha da tanınmasına yönəlib. Bu, xüsusən Azərbaycanın müstəqillikdən sonra həyata keçirdiyi xarici siyasət və iqtisadi inkişafla bağlıdır.
Ümumiyyətlə, azərbaycançılıq ideyasının təbliği müxtəlif yollarla həyata keçirilir. Xüsusilə, təhsil sistemimizdə, məktəblərdə və universitetlərdə Azərbaycan tarixini, mədəniyyətini, dilini öyrənmək və təbliğ etmək milli ideologiyamızın təbliğinə şərait yaradır. Gənc nəsillər arasında milli özünüdərk, vətənpərvərlik və tarixə bağlılıq hissinin formalaşdırılması vacibdir. Məktəb proqramlarında Azərbaycan tarixinin, ədəbiyyatının, dilinin və mədəniyyətinin tədrisi gücləndirilməli, gənclərə bu dəyərlər haqqında daha geniş məlumat verilməlidir.
KİV-lərin rolu
Bu gün kütləvi informasiya vasitələri azərbaycançılıq ideyasının təbliği üçün çox güclü platformadır. Ölkəmizdə və dünyanın müxtəlif guşələrində yayımlanan proqramlar, sənədli filmlər, tarix və mədəniyyət haqqında verilişlər vasitəsilə Azərbaycançılıq ideyasının təbliği mümkündür. Məsələn, Azərbaycanın zəngin mədəni irsini, tarixi qəhrəmanlarını, Azərbaycanın xarici siyasətini və dünya miqyasında əhəmiyyətini izah edən proqramlara üstünlük verilməlidir.
Bundan başqa, sosial media platformaları üzərindən Azərbaycanın mədəniyyətini və müstəqilliyini təbliğ etmək mümkündür. Gənclər, blogerlik fəaliyyəti ilə məşğul olan şəxslər vasitəsilə milli dəyərlərin təbliği, video və yazılarla Azərbaycanın gücünü göstərmək vacibdir.
Sərgilər və mədəniyyət evləri
Azərbaycanın milli sənətini və əl işlərini tanıdan sərgilər təşkil etmək, həm də xarici ölkələrdə Azərbaycanın mədəniyyətini təbliğ etmək məqsədilə mədəniyyət evləri açmaq mədəniyyət siyasətimizin mühüm hissəsini təşkil edir.
Eyni zamanda Azərbaycanın məşhur musiqiçiləri, rəssamları və yazıçıları vasitəsilə azərbaycançılıq ideyasının təbliği də vacibdir. Məsələn, xalq mahnıları, muğam, şeir gecələri və teatr tamaşaları vasitəsilə milli ruhun əks etdirilməsi milli ideologiyamızın təbliğinə xüsusi diqqət yetirilir.
Vətənpərvərlik və sosial fəaliyyətlər...
Azərbaycançılıq ideyasının təbliği yalnız milli kimliyin təşviqindən ibarət deyil, həm də xalqın birliyini və vətənpərvərliyini gücləndirməyə yönəlməlidir. Məsələn, azərbaycançılığın təbliği, ölkənin inkişafına dəstək olmaq məqsədilə müxtəlif xeyriyyə və sosial layihələr birləşdirilməlidir. Bu cür təşəbbüslər insanların millətinə və ölkəsinə olan bağlılığını artırır.
Azərbaycançılıq ideyasının təbliği, bütün cəmiyyətin - dövlətin, media orqanlarının, mədəniyyət təşkilatlarının, təhsil müəssisələrinin və hər bir vətəndaşın birgə fəaliyyəti ilə həyata keçirilə bilər. Bu, yalnız tarixi, mədəni və dil dəyərlərinin qorunması deyil, həm də ölkənin gələcəyinə doğru bir inkişaf yoludur.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

