BMT tribunasında gender bərabərliyi!
27.09.2025 [10:45]
Ölkəmizdə görülən işlərdən danışıldı...
Gender bərabərliyi məsələlərində davamlı əməkdaşlıq və təcrübə mübadiləsi yalnız Azərbaycanda deyil, dünya miqyasında mühüm irəliləyişlərin əldə olunmasına şərait yaradır. Ölkəmiz beynəlxalq tribunada gender bərabərliyinin təşviqinə olan sadiqliyini göstərib, həm regional, həm də qlobal miqyasdakı uğur və irəliləyişlərimizi bölüşüb. Bu çıxışlar Azərbaycanın gender bərabərliyinə dair beynəlxalq öhdəlikləri yerinə yetirərək, cəmiyyətimiz və dünya səhnəsində cinsiyyət arasında bərabərliyi təmin etmək üçün atdığı addımları sübut edir.
Məsələn, bu günlərdə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Qadınlara dair Dördüncü Dünya Konfransının 30-cu ildönümünə həsr olunmuş Baş Assambleyanın Yüksək Səviyyəli İclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yeni plan üzərində iş gedir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda qadınların təhsil, səhiyyə, məşğulluq və qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb.
Onun sözlərinə görə, gender bərabərliyi və qadınların, qızların səlahiyyətlərinin artırılması istiqamətində qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platforması illərdir bu sahədəki beynəlxalq səylərə istiqamət verir. Yeni çağırışlar bu sənədlərin yenilənməsini, resurslarla təmin olunmasını və icrasının sürətləndirilməsini tələb edir.
Komitə sədri Azərbaycanda bu sahədə aparılmış islahatlardan danışaraq qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını bildirib: “Məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib. “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı” uğurla həyata keçirilib. Hazırda yeni plan və gender bərabərliyinə dair milli fəaliyyət planı üzərində iş gedir. Bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir”.
B.Muradova qeyd edib ki, xüsusilə, işğaldan azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları hamıya bərabər imkanlar təmin edir: “Azərbaycan qlobal təşəbbüslərə də mühüm töhfələr verir. Cari ilin iyulunda ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilib. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünü irəli sürüb. Artıq üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcək.
Mühüm təlim keçirildi...
Qeyd edək ki, gender bərabərliyi mövzusunda beynəlxalq tribunalardan başqa, ölkəmizdə də mühüm müzakirələr aparılır, çoxsaylı layihələr həyata keçirilir. Məsələn, sentyabrın 25-də Komitənin təşkilatçılığı ilə “Gender bərabərliyi və genderəsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi gender bərabərliyi mövzusunda media əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir.
Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edərək, Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat verib.
Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət yönəldən S.Qəhrəmanova vurğulayıb ki, media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı olması və həssas yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır.
Sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara gender bərabərliyinin əsas anlayışları, genderəsaslı zorakılıq, Azərbaycanda genderəsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender bərabərliyinin təşviqində medianın rolu və genderə həssas jurnalistikanın üstünlükləri barədə danışıb. İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

