Təhsil kreditləri...
05.11.2025 [08:25]
Gənclərin gələcəyinə sərmayə!
4 ildə 83 mindən çox müraciət olub
Məlumdur ki, təhsil inkişafın, tərəqqinin və cəmiyyətin əsas dayağıdır. Hər bir gəncin keyfiyyətli təhsil alması üçün dövlətin yaratdığı imkanlar içərisində təhsil kreditləri xüsusi əhəmiyyət daşıyır. Bu sistem gənclərə arzuladıqları gələcəyə doğru addımlamaq imkanı yaradır.
Maarifləndirmə və inkişaf zərurəti
Ekspertlərin fikrincə, təhsil kreditləri sisteminin daha geniş tanıdılması və şərtlərinin sadələşdirilməsi tələbələr arasında bu imkanlardan istifadə səviyyəsini artıracaq. Bu, həm dövlətin təhsil siyasətinə dəstək, həm də gənclərin öz gələcəklərinə inamını möhkəmləndirən bir addımdır.
Son 4 ildə təhsil krediti üçün nə qədər müraciət olub?
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub. Həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib.
Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.
Qeyd edək ki, Azərbaycanda tələbələrə təklif olunan təhsil kreditlərindən istifadənin əhatə dairəsi genişləndirilib. Artıq ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala bilirlər.
Maddi çətinliklərə son
Uzun illər ərzində bir çox tələbə üçün əsas problem təhsil haqqının ödənilməsi olub. Bu səbəbdən bir çox gənc arzuladığı ixtisasda təhsil almaqdan imtina edib. Lakin Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti bu vəziyyəti köklü şəkildə dəyişib. Artıq tələbələr təhsil haqqını ödəmək üçün ağır yük altına girmir, dövlətin təqdim etdiyi güzəştli və faizsiz kreditlərdən yararlanırlar.
Gələcəyə sərmayə
Təhsil krediti yalnız bu günün dəstəyi deyil, sabahın təminatıdır. Təhsilini başa vurmuş gənc öz ixtisası üzrə işləyərək həm dövlətin yaratdığı imkandan yararlanır, həm də borcunu qaytarmaqla bu sistemin davamlılığını təmin edir. Bu mexanizm bir tərəfdən insan kapitalını gücləndirir, digər tərəfdən isə ölkənin iqtisadi və sosial inkişafına töhfə verir.
Kreditlər iki istiqamətdə verilir
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların üstünlük təşkil etdiyini görürük: “Bu hal valideynlərin stereotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir.
Təhsil Tələbə Krediti Fondu Azərbaycanda fəaliyyətdə olduğu müddətdə sosial vəziyyəti zəif olan ödənişli əsaslarla oxuyan tələbələrin təhsilinə böyük töhfələr verib. Prezidentin sərəncamı ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin artırılması böyük dəyişiklik yaradacaq. Məsələn, hər il ödənişli qəbul olan təxminən iki mindən çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir. Çünki təhsilini əla qiymətlərlə bitirənlərə kredit verilir. Həmçinin, bu Azərbaycan gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə çətinlikləri aradan qaldırır”.
Təhsil kreditlərinin verilməsində dünya təcrübəsi
Ekspert qeyd edib ki, tələbələr üçün təhsil kreditlərinin digər üstünlüklərindən biri girov və zaminin tələb olunmamasıdır: “Bu, tələbələr üçün əsas üstünlükdür. Həmçinin kreditlərin geri qaytarılması yalnız təhsil başa çatandan iki il sonra başlanır və 20 ilə qədər müddətə yayılır. Bu, gənclərə müəyyən güzəşt dövrü qazandırır və işə düzəlib maliyyə sabitliyi əldə etdikdən sonra ödəniş etməyə imkan verir.
Dünya təcrübəsinə diqqət yetirdikdə görürük ki, ABŞ-da tələbə kreditləri geniş yayılıb, lakin orada faiz dərəcələrinin yüksəkliyi tələbələrin onilliklərlə borc altında qalmasına səbəb olur. Skandinaviya ölkələrində isə tələbə kreditləri yalnız təhsil haqqını deyil, həm də yaşayış xərclərini əhatə edir və çox aşağı faizlə verilir. Estoniyada tələbələr həm dövlət təqaüdləri, həm də uzunmüddətli faizsiz kreditlərlə dəstəklənir”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

