Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib
24.10.2019 [09:28]
Güzəştli kreditlərin 66 faizi regionların payına düşür və bu kreditlərin hesabına bölgələrin sosial-iqtisadi inkişafı üçün müxtəlif layihələr həyata keçirilib
(əvvəli ötən sayımızda)
Tədbirdə çıxış edən Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bu istiqamətdə daha bir tədbiri - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumu Samux rayonunda keçirib. 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq.
Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.
Tədbir çərçivəsində Samuxda dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib. Xatırladaq ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bu aqropark və iri fermer təsərrüfatlarından 27-nin yaradılmasına 192 milyon manat dövlətin güzəştli krediti verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində işgüzar forumu Saatlı rayonunda da təşkil edib. Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq, Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, intensiv bağçılıq təsərrüfatlarının, meyvə emalı müəssisəsinin, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının uğurlu siyasəti nəticəsində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının genişləndiyini vurğulayıb. Nazir müavini qeyd edib ki, özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu dəstək tədbirlərindən biri də sahibkarların dövlətin güzəştli kreditləri ilə təminatıdır.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq.
Ümumilikdə isə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatına və pambıq emalı müəssisəsinə baxış keçirilib.
Sahibkarlığın İnkişafı Fondunun Ağdam rayonunda təşkil etdiyi işgüzar forumda da Fondun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan pambıqçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, onlara dövlətin güzəştli kreditlərinin verilməsi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətində əsas prioritetlərdəndir.
Bildirilib ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 44,6 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 21 sahibkara 1,9 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək, 50-dək yeni iş yerinin açılmasına imkan yaranacaq.
Tədbir çərçivəsində Ağdam rayonunda dövlətin güzəştli krediti ayrılan heyvandarlıq kompleksinə baxış keçirilib.
Yeri gəlmişkən vurğulayaq ki, sahibkarlığın inkişafı istiqamətində müxtəlif maarifləndirmə tədbirləri keçirilir ki, bu da yerli iş adamları üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün korporativ idarəetmə və onun müəssisənin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirici tədbir də əhəmiyyətlidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri tərəfindən müvafiq mövzular üzrə sahibkarlar məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 400-ə yaxın sahibkar yararlanıb. Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların sualları ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb. Maarifləndirmə tədbiri KOBİA-nın “Facebook” səhifəsi üzərindən birbaşa yayımlanıb. Regionlarda fəaliyyət göstərən KOB subyektlərinin onlayn maarifləndirmə tədbirində iştirakına şərait yaradılması məqsədilə KOBİA-nın şəhər və rayonlarda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda fəaliyyət göstərən Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərində biznes təşəbbüslərin sahibkarlıq fəaliyyətinə çevrilməsi üçün layihələr həyata keçirilir. Belə layihələrdən biri də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Ofisinin maliyyə dəstəyi ilə reallaşan “Ağıllı Körpü” (Smart Bridge) layihəsidir. “Ağıllı Körpü” layihəsinin məqsədi müasir texnologiyanın tətbiqinə və elmin kommersiyalaşdırılmasına əsaslanmaqla innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir.
Bir müddət öncə Bakı Biznes Mərkəzində “Ağıllı Körpü” layihəsinin başa çatması ilə bağlı tədbir keçirilib. Aidiyyəti dövlət orqanlarının, ali təhsil müəssisələrinin, biznes nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə özəl sektorun, xüsusilə innovativ sahibkarlığın inkişafı ilə bağlı gürülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib. Vurğulanıb ki, bu istiqamətdə reallaşdırılan layihələr texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasına əsaslanan bilik əsaslı iqtisadiyyatın inkişafına xidmət edir.
KOICA-nın Azərbaycan Ofisinin direktoru Park Kumok Agentliyin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib və həyata keçirilən birgə layihələrdən danışıb. İnnovativ iqtisadiyyatın inkişafı istiqamətində Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirən Park Kumok “Ağıllı Körpü” layihəsinin iştirakçılarına biznesdə uğurlar arzulayıb. Sonda “Ağıllı Körpü” layihəsi çərçivəsində keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

