Çap mediası hələ uzun müddət mövcudluğunu qoruyub saxlaya biləcək
26.11.2021 [10:19]
İlham Quliyev: Bu gün ölkədə heç kimin və heç bir strukturun söz azadlığını məhdudlaşdırmaq imkanı yoxdur
Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində mühüm addımlar atılıb. Milli mediamız müstəqilliyin ilk illərində müxtəlif çətinliklərlə qarşılaşaraq, gərgin dövrlərdən keçərək bugünkü səviyyəyə gəlib çatıb. Belə ki, 30 il ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) inkişafı üçün, qanunvericilik sahəsi başda olmaqla, müxtəlif istiqamətlərdə müvafiq tədbirlər həyata keçirilib. Aparılan mühüm islahatlar nəticəsində Azərbaycan Respublikasında senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan götürülüb.
Bununla yanaşı, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə informasiya cəmiyyətinin (informasiyalı cəmiyyətin) formalaşması, respublikada baş verən hadisələrlə, habelə problemlərlə bağlı daxili və xarici auditoriyanın, o cümlədən beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə seçilib. Buna baxmayaraq, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulmaqdadır. Məhz bu baxımdan, milli-tarixi ənənələr və modern çağırışlar, habelə müasir medianın özəllikləri də nəzərə alınmaqla, hazırda KİV-də yeni islahatların reallaşdırılması prosesi gedir. Sadalananlar onu deməyə əsas verir ki, yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması ilə Azərbaycan mediası özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyur.
30 illik müstəqillik dövrünü arxada qoyan Azərbaycanda söz və ifadə azadlığının, fikir plüralizminin indiki vəziyyətinə toxunan “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, informasiya cəmiyyətinin formalaşdırılması baxımından mövcud durumu müsbət cəhətdən təsvir etmək mümkündür: “Müstəqilliyin ilk illərindən Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi üçün lazım olan bütün addımlar atılıb. Hüquqi baza yaradılıb, kifayət qədər müstəqil media resursu formalaşıb. Üstəlik, son illərdə yeni medianın inkişafı, sosial şəbəkələrin fəaliyyətinin genişlənməsi də söz və mətbuat azadlığının təmin edilməsi üçün əlavə imkanlar yaradıb. Bu reallıqlar baxımından, konkret olaraq demək olar ki, bu gün ölkədə heç kimin və heç bir strukturun söz azadlığını məhdudlaşdırmaq imkanı yoxdur”.
Ölkədə media sahəsində mənfi tendensiyaların, KİV məkanından öz şəxsi maraqlarını təmin etmək üçün istifadə hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlərə diqqəti yönəldən Əməkdar jurnalist deyib ki, mövcud olan problemlərin həlli üçün media qanunvericiliyində gözlənilən dəyişikliklərə ümid çox böyükdür: “Təəssüf ki, KİV sahəsində vaxtilə yaranmış mühitdən istifadə edərək, söz və mətbuat azadlığından öz şəxsi məqsədləri üçün yararlanan, media adından manipulyasiya ilə məşğul olanlar da az olmayıb. Fikrimcə, media sahəsində sözügedən problemlərin uzun müddət ərzində mövcudluğunu qoruması bu istiqamətdə görülən tədbirlərin yetərli olmadığının göstəricisidir. Ümid edirəm ki, “Media haqqında” yeni qanunun qəbulundan sonra bu istiqamətdə daha əhatəli addımlar atılacaq”.
Media sahəsində yeni normativ-hüquqi aktın hazırlanmasının önəmini vurğulayan İ.Quliyevin sözlərinə görə, “Media haqqında” Qanun layihəsinin müasir dövrün tələblərinə uyğun olaraq hazırlanması mühüm əhəmiyyət kəsb edir: “Artıq layihəsi müxtəlif platformalarda geniş müzakirə prosesindən keçən “Media haqqında” Qanundan əsas gözləntilər hazırda KİV sektorunda mövcud olan boşluqların doldurulmasıdır. Xüsusilə də onlayn medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni hüquqi çərçivələrin yaranmasına ehtiyac var”.
Son illərdə dövlət tərəfindən media sahəsində aparılan islahatların milli mətbuatın inkişafına hansı dərəcədə təkan verə biləcəyinə gəlincə, Əməkdar jurnalist bildirib ki, ənənəvi medianın üzləşdiyi əsas problemlərdən biri də son zamanlar sosial medianın ciddi faktora çevrilməsi, yeni reallıqların formalaşmasıdır: “Yaranan yeni reallıqlar prosesə dövlətin müdaxiləsini zəruri edir. Hesab edirəm ki, media islahatlarının növbəti mərhələsində prioritet istiqamət məhz həmin faktorla bağlı olmalıdır”.
Yeni medianın sürətlə inkişafı, sosial şəbəkələrin insan həyatının tərkib hissəsinə çevrilməsi fonunda ölkəmizdə çap mediasını gələcəkdə gözləyə biləcək təhlükələrə gəlincə, İ.Qulyev vurğulayıb ki, indiki vaxtda qəzetlərin tarixə qovuşmasından danışmaq yersizdir: “Düzdür, yeni medianın formalaşması, sosial şəbəkələrin populyarlaşması ilə çap mediası faktiki olaraq əvvəlki mövqelərini itirib. Bu, inkarolunmaz bir reallıqdır. Amma bu reallıq “çap mediası artıq mövcud olmamalıdır” anlamına gəlmir. Məncə, qəzetlərin yaşaması dövrün yazılı salnaməsinin yaradılması baxımından çox vacibdir. Məhz bu səbəbdən hesab edirəm ki, çap mediası hələ uzun müddət mövcudluğunu qoruyub saxlaya biləcək, milli medianın mühüm tərkib hissəsi kimi fəaliyyətlərini davam etdirəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23

