Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Biznesdə hamı üçün əlçatanlıq

Biznesdə hamı üçün əlçatanlıq

28.01.2022 [22:48]

Mübariz ABDULLAYEV

Azərbaycan liberal iqtisadiyyatın genişləndirilməsini, kiçik və orta biznesin inkişafını təmin etməklə özəl sektorda gəlirliliyi və istehlak mallarının istehsalının artırılmasını hədəfləyib. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən müvafiq strateji yol xəritəsində bəhs olunan sektorun inkişafı ilə bağlı uzunmüddətli dövr üçün qarşıya bir sıra mühüm məqsədlər qoyulub. Məsələn, sənədə əsasən 2025-ci ilədək olan dövr üçün müəyyənləşdirilən uzunmüddətli baxış kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılmasını, gündəlik istehlak malları ilə təminatın əsasən KOS subyektləri vasitəsilə həyata keçirilməsi, bu sektorun ÜDM və məşğulluqda payının əhəmiyyətli dərəcədə artırılması kimi mühüm məsələləri əhatə edir.

Qarşıya qoyulan hədəflərin ölkəmizin perspektiv inkişafı, ələlxüsus da daxili istehsalın genişləndirilməsi, istehlak mallarına tələbatın yerli istehsal hesabına qarşılanması baxımından aktuallığı kifayət qədər böyükdür. Bu hədəflərə nail olunması üçün kiçik və orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən göstərilən dəstək tədbirlərinin əhatə dairəsi getdikcə genişləndirilir. Bu dəstək tədbirlərinin sayəsində isə ölkə üzrə biznesə əlçatanlıq getdikcə artır.

Sahibkarlıq mühitinin təkmilləşdirilməsi

Kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsinin mühüm bir istiqaməti ölkə üzrə biznes mühitinin təkmilləşdirilməsini əhatə edir. Bu barədə “Yeni Azərbaycan”a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində 2021-ci ildə qurumun təşəbbüsü ilə hazırlanmış normativ hüquqi aktlardan 3-ü təsdiq edilib, 4-ü razılaşdırılıb, müxtəlif istiqamətlər üzrə hazırlanmış 73 normativ sənəd layihəsinə agentlik tərəfindən rəy və təkliflər bildirilib. Kiçik və orta sahibkarlıq subyektlərinin ehtiyaclarının, qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 2 mindən çox sahibkarın iştirakı ilə 15 sorğu keçirilib. Sorğular kommunal xidmətlər, ictimai iaşə, tikintiyə icazə, əkinçilik və bağçılıq, elektrik şəbəkəsinə qoşulma, KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları risklər və onların idarə edilməsi, KOB-ların rəqəmsal texnologiyalardan istifadəsi, xarici ticarət əməliyyatları, təlim və ixtisaslı kadr ehtiyaclarının öyrənilməsi, klasterləşmə imkanlarının araşdırılması, korporativ idarəetmənin qiymətləndirilməsi, sahibkarların biznes mühitində məmnunluq səviyyəsinin ölçülməsi kimi istiqamətləri əhatə edib. Bütövlükdə, 2021-ci ildə agentliyə 5 mindən çox sahibkarın müraciəti daxil olub ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub. 1264 müraciətin 26%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 61%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 8%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

KOB evləri - kiçik və orta sahibkarlıq subyektlərinə vahid məkanda xidmətlərin göstərilməsi

KOBİA-dan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, 2021-ci ilin aprel ayında Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə  KOB evlərinin sayı ikiyə çatıb (Xaçmaz və Yevlax şəhərlərində olmaqla). KOB evlərində sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətləri təqdim olunur. KOB evləri tərəfindən ötən il sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” (dövlət-biznes) və 3 mindən çox “B2B” (biznes-biznes) xidmətlər göstərilib. Yevlax KOB evində 8 dövlət qurumu 150-dək, 7 özəl şirkət 100-dək xidmət göstərir. 2021-ci il ərzində Yevlax KOB evi tərəfindən sahibkarlıq subyektlərinə 24947 xidmət göstərilib ki, onlarında 91%-i “G2B”, digər 9%-i isə “B2B” xidmətlərdir. Xaçmaz KOB evində 9 dövlət qurumunun 150-dək, 8 özəl şirkətin 100-dək xidməti təqdim olunur.

Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 27021 sayda xidmət göstərilib ki, onlarında 97%-i “G2B”, digər 3%-i isə “B2B” xidmətləri olub. Bu yaxınlarda  Xaçmaz KOB evində daha 2 yeni xidmət istifadəyə verilib. KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Hazırda Gəncə və Bakı şəhərlərində KOB evlərinin yaradılması istiqamətində işlər aparılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

Ölkə üzrə KOB dostu şəbəkəsi də genişlənir. 2021-ci ildə Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla 7 KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 27 şəhər və rayonunu əhatə edir. KOB dostları sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir.

Qrant müsabiqələri

KOBİA-dan “Yeni Azərbaycan”a daxil olan məlumatda daha bir yenilikdən bəhs olunur. Bildirilir ki, 2021-ci ildə Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Bu məqsədlə keçirilmiş 1-ci qrant müsabiqəsinə 329 layihə daxil olub ki, onlardan 15-i maliyyələşdirilib (yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətləri üzrə). Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. 2021-ci ilin noyabr ayında isə elm və dəstək istiqamətləri üzrə sayca 2-ci qrant müsabiqəsi elan edilib və 200 layihə təqdim edilib. Yeni qrant müsabiqəsinin  nəticələri 2022-ci ilin fevral ayında açıqlanacaq.

Nazirlər Kabinetinin 29.01.2021-ci il tarixli Qərarı ilə “Startapın müəyyən olunması Meyarları” təsdiq edilib. Ötən ilin may ayından etibarən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Ötən il “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə 66 müraciət daxil olub, Ekspertlər Şurasının 8 iclası keçirilib. İndiyədək mikro və kiçik sahibkarlıq subyektlərinə 32 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31