Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Diaspor tariximizin yeni mərhələsi

Diaspor tariximizin yeni mərhələsi

11.05.2022 [10:06]

Nicat

1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz ciddi problemlər yaşadığı zaman, xüsusilə siyasi-iqtisadi böhran, daxili çəkişmələr, eyni zamanda, Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyduğu vaxt Ermənistan tərəfi məkrli planlarını gerçəkləşdirirdi, üstəlik bütün dünya Azərbaycan əleyhinə təbliğat aparırdı. Ona görə də diaspor quruculuğuna və lobbiçiliyə ehtiyac duyulurdu. Azərbaycan xalqının qətiyyətli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli  lider Heydər Əliyev öz müdrikliyi, uzagörənliyi, qətiyyəti ilə bütün məsələləri qaydaya, sahmana saldı, bu istiqamətdə ciddi addımlar atıldı. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı və ümumiyyətlə, bütün istiqamətlərdə, xüsusən də diaspor quruculuğu və lobbiçilik istiqamətində ciddi addımlar atıldı.

Ümummilli Lider qısa zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması üçün Fərman imzaladı və bu sahədə işləri nizama salmaq üçün tədbirlər gördü.

Diasporla İş üzrə Dövlət Komitəsinin başlıca hədəflərindən biri xaricdə yaşayan soydaşlarımızın birliyini təşkil etmək idi. 2001-ci ilin 9-10 noyabrında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu, böyük bir tarixi prosesin başlanğıcı idi. Dünyada yaşayan 50 milyon azərbaycanlının təşkilatlanması və bir amal uğrunda mübarizə aparması, əməli fəaliyyəti üçün bu qurultayın olduqca böyük əhəmiyyəti oldu. Diasporun son illər ərzində əsas fəaliyyəti Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan ibarət idi.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticəsi olaraq bu gün Azərbaycan öz dədə-baba torpaqlarını işğaldan azad etdi. 44 günlük müharibə isə həmrəyliyimiz üçün heç vaxt tarixdən silinməyəcək etalona, nümunəyə çevrildi. Bütün dünyada yaşayan soydaşlarımız cənab Prezidentin çağırışı ilə Dəmir yumruğun ətrafında sıx birləşdi. Xalq-iqtidar-ordu birliyi cəmi 44 gün ərzində ölkəmizə parlaq qələbə qazandırdı. Təsadüfi deyildir ki, bu gün Azərbaycan nümunəsi dünyanın bir çox qabaqcıl ölkələrində araşdırılır. Eyni zamanda, şərəfli Vətən müharibəmizdə istifadə olunan döyüş taktikası tədris vəsaitlərinə salınır, öyrənilir.

Birliyimiz, həmrəylimiz bu gün də davam edir. Ali Baş Komandanın ətrafında birləşən xalqımız bu gün Qarabağımızda gedən təmir-bərpa, abadlıq-quruculuq işlərində böyük ruh yüksəkliyi ilə iştirak edir. Bunun nəticəsidir ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə işlər artıq yekunlaşmaq üzrədir.

İllərdir həsrətində olduğumuz mədəniyyət beşiyimiz - Şuşamız artıq bir çox yerli və beynəlxalq tədbirlərə, layihələrə, konsert və festivallara ev sahibliyi edir.

Bu tədbirlər sırasında aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayını xüsusilə qeyd etməkdə fayda var. Müzəffər Ali Baş Komandan Qurultaydakı çıxışı zamanı bildirmişdi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Həqiqətən də bu gün Azərbaycan Ulu Öndərin görmək istədiyi bir Azərbaycana çevrilib. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Elə Prezidentimizin də dediyi kimi, bu gün vəziyyət tam başqadır: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31