Sıfır emissiya hədəfi
14.05.2022 [11:17]
Mübariz ABDULLAYEV
Son illərdə dünyada baş verən iqlim dəyişiklikləri fonunda meyadana çıxan mühüm çağırışlardan biri neft istehsalı zamanı paralel şəkildə quyulardan çıxan səmt qazının utilizasiyası ilə bağlıdır. İndiyədək bir qayda olaraq belə bir praktikadan istifadə olunurdu: Səmt qazı xüsusi vasitələrlə yönləndirərək açıq havada məşəllərdə yandırılırdı. Qlobal iqlim dəyişiklikləri səmt qazının bu yolla utilizasiyasının ziyanlı olduğunu bütün ciddiliyi ilə gündəmə gətirdi. İndi sual belə qoyulur: Necə etmək olar ki, səmt qazı məşəllərdə boş-boşuna yandırılmasın və atmosferi çirkləndirməsin, əksinə ondan enerji vasitəsi kimi istifadə olunsun?
Dünyadakı mənzərə
Verilən statistikaya görə, hər il dünyanın neft hasil olunan ərazilərində 150 mlrd. kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 mln. tondan çox CO2 qazının emissiyası deməkdir. Mütəxəssislər belə bir qənaəti bölüşürlər ki, əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 mlrd. kilovat saat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin birillik tələbatına bərabərdir.
Bu statistika düşünmək və səmt qazının açıq havada yandırılması təcrübəsindən, nəhayət, geri çəkilmək üçün əsas verir. Belə çıxır ki, neft istehsalçıları uzun illər ərzində, əslində çox mühüm enerji məhsulu olan səmt qazını açıq havada yandıraraq tüstüyə çevirməklə böyük gəlirlər itiriblər, eyni zamanda, udduğumuz havanı çirkləndiriblər. Ziyanın yarısından qayıtmaq da faydalıdır, deyiblər. Artıq dünya üzrə səmt qazının açıq havada yandırılaraq utilizasiya edilməsinin minimallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sırada Dünya Bankının reallaşdırdığı layihənin önəmini xüsusi qeyd edə bilərik. Qurum bir sıra neft istehsal edən ölkələrin hökumətləri və transmilli şirkətlərlə birlikdə Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlığa (GGFR) başlayıb. Layihə getdikcə özünə daha çox tərəfdaş tapmaqdadır.
Qlobal tərəfdaşlığa töhfələr
Neft istehsalı tarixi on illiklərlə ölçülən və bu sahədə dünyada bir sıra ilklərə imza atan Azərbaycan bəhs olunan qlobal çağırışa məmnuniyyətlə qoşulan ölkələr sırasında yer alır. Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildən GGFR-?n rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Dünya təcrübəsində qəbul olunmuş şamda yandırılan qazın əmsalı 5% olduğu halda, Azərbaycanda 2014-cü ildə bu göstərici 2%-ə, 2016-cı ildə 1,74%-ə, 2017-ci ilin avqust ayında 1%-ə, 2019-cu ildə 0,9%-ə endirilib. GGFR-in peyk əsasında apardığı hesablamalara görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon m3-dən 2020-ci ildə 135 milyon m3-ə qədər davamlı olaraq azaldıb. Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barrelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. SOCAR təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. BMT-nin İnkişaf Proqramının NAMA layihəsi çərçivəsində SOCAR 2018-ci ildə “Siyəzənneft” NQÇİ-də “Zağlı-Zeyvə” yatağını pilot sahə kimi müəyyənləşdirərək, burada səmt qazının toplanması üçün layihə həyata keçirib. Birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb ki, nəticədə ildə 6,8 milyon m3 səmt qazının tutulması, saxlanması və nəqli həyata keçirilir. Bundan başqa, SOCAR və BP arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəticəsində hər il təxminən 265 000 ton CO2 emissiyası azaldılır.
Bütövlükdə, bu istiqamətdə reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Qarşıya qoyulan hədəf isə belədir: 2022-ci ildə sıfır emissiyaya çatılması. Beləliklə, SOCAR Dünya Bankının elan etdiyi “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” strategiyasına çatan ilk milli şirkətlərdən biri olacaq. “SOCAR-ın ekologiya sahəsində əsas məqsədlərindən biri dünyada NetZero hədəflərinə çatan ilk şirkətlərdən olmaqdır. Artıq əsas struktur vahidləri üzrə həyata keçirdiyi hasilatda səmt qazı atqılarını 2 %-ə endirməyə nail olmuş SOCAR, 2022-ci ildə bu göstəricini sıfra endirməyi qarşısına məqsəd qoyub. Bu gün şirkət tərəfindən təhvil verilən 6 milyard kubmetr qazın 2 milyard kubmetrlik həcmi səmt qazının tutulması hesabına əmələ gəlir”. Bu fikirləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ifadə edib. Qurum rəsmisinin sözlərinə görə, indiyədək “Xalis sıfır” (“Net Zero”) hədəfinə doğru bir sıra ciddi addımlar atan SOCAR görülən işlərin davamı olaraq gələcəkdə “yaşıl enerji”yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində addımlayır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

