Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyası...

Azərbaycançılıq ideologiyası...

26.08.2022 [09:35]

Tolerantlığın əsas təminatçısıdır

Hər bir vətəndaşın Vətən qarşısındakı məsuliyyət hissi həmrəyliyin bariz təzahürüdür

Pərviz SADAYOĞLU

Hər bir xalqın vahid məram və məqsədlər ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi, ilk növbədə, milli ideologiya ilə sıx şəkildə bağlıdır. Milli ideologiya qlobal səciyyə daşımaqla yanaşı, hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir. Bu amil cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə bərabər, hərtərəfli tərəqqinin vacib predmetidir.

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası da mürəkkəb siyasi proseslərdən uğurla çıxıb, bu yolda xalqımızın inkişaf yoluna işıq tutub. Hələ 1990-cı illərin əvvəlində Azərbaycanın bütövlüyünün qorunmasına böyük töhfə verən azərbaycançılıq ideologiyası yeni dövrdə də öz mühüm funksiyaları ilə seçilir. Azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”, deyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir: “Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Milli mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Bunun fonunda azərbaycançılıq ideologiyası, ilk növbədə, etnik tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir. Bu amil bütövlükdə həyatımızda, ən əsası isə müasir siyasi proseslərin işığında daha açıq şəkildə ortaya çıxır”.

Bu amilin 2020-ci ildə Vətən müharibəsi günlərində daha qabarıq şəkildə öz təzahürünü tapdığını bildirən millət vəkilinin fikrincə, milli-mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir. Bu mənada, xalqımızın sarsılmaz birliyi məhz milli-mənəvi dəyərlərimizə söykənir. “2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Hər bir azərbaycanlı, bu ölkədə yaşayan hər bir vətəndaş qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün milli azlıqlar, icmalar ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində, Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz birlikdə güclüyük” və “Qarabağ Azərbaycadır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi ki, belə də oldu. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi”, -deyən A.Badamov onu da əlavə edib ki, qələbədən iki ilə yaxın müddət keçməsinə baxmayaraq bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Necə ki, 2020-ci ilin sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəllah əsgərə çevrilərək torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı, bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi üçün çalışmalıyıq: “Nəzərə almalıyıq ki, artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesi uğurla davam edir. Yeni mərhələdə bu regionlarımız yenidən dirçəldilir, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılır. Bununla bağlı mühüm layihələr həyata keçirilməkdə, mühüm proqramlar qəbul olunmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində Dağlıq Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək. Bu Azərbaycan xalqı üçün olduqca vacibdir. Bunun üçün də bütün azərbaycanlılar səfərbər olmalıdır. Hər birimiz bu işə töhfə verməliyik. Ən azından, milli birliyimizlə, dünyaya nümunə göstərilən həmrəyliyimizlə, sabitliyi və inkişafı hədəfləyən dövlət siyasətini dəstəkləməyimizlə bu prosesdə iştirakçı olmalıyıq”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31