Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / İşığın önünü kəsmək çətindir

İşığın önünü kəsmək çətindir

06.12.2022 [10:37]

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Söz azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Azad sözün və plüralizmin mövcud olduğu ölkələrdə təbii ki, demokratiya mühiti yaradılır. Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan da belə ölkələr sırasında inamla irəliləməkdədir.

Məlum olduğu kimi, sosialist ideologiyasının ədəbiyyatımıza qoyduğu senzura və məhdudiyyətlər şair və yazıçılarımızın yaradıcılığında açıq-aşkar sezilirdi. Artıq təsəvvürlər xeyli dərinləşib. Bu gün ədəbiyyatımız ən vacib söz azadlığının platformasına çevrilib.

Öz idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın adlarını xüsusi qeyd etməliyik.

Sözün qüdrətilə mənzərə yaratmaq onların yaradıcılığı üçün səciyyəvidir. Bəzən şairin bir misrası bütün xalqın mübarizə leytmotivinə çevrilə bilər, deyirlər. Həmin vətəndaş ədiblər öz mücadilə ruhlu əsərlərində dövrünün mənzərəsini dolğun ifadə etməyi bacarıblar. Xalqı azadlıq mübarizəsinə qoşulmağa çağırıb, öz haqq səslərini çatdırmaq üçün onları meydana səsləyiblər. Bir sözlə, yaşadıqları dövrdə Günəş kimi işıq saçıb, xalqı öz nuruna bələyiblər.

Sözün qüdrətilə mənzərə yaradanlar...

Vətən mücahidi Xəlil Rza Ulutürk poeziyası azadlığın keşiyində əsgər kimi dayanan, həmişə yürüşdə, mübarizədə olan poeziyadır:

Kürsülərə sığmayan, cəsur şeirim, ər şeirim  

Təpədən dırnağadək silahlı əsgər şeirim!

Azadlıq hərəkatı öncüllərindən biri olan X.R.Ulutürk xalqımızın azadlığı, milli idealı naminə ayağa qalxmışdı. Əsərlərinin əsas mövzusunu ana dilinə məhəbbət, vətənpərvərlik, milli şüur və milli kökə bağlılıq ideyaları təşkil edirdi:

Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi  

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi...

Hələ gəncliyindən ölkəsini azad, müstəqil görmək istəyirdi, səsinin-sözünün gücü, qüdrətilə mübarizə aparırdı. Təzyiqlərə və işini itirməsinə baxmayaraq, vətənpərvərlik təbliğatını əsərlərində davam etdirirdi. Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda ölkəsinin səsinə səs olurdu. “Azadlıq” radiosuna müsahibələr verir, 20 Yanvar hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə bəyan edirdi. “Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova” şeiri ilə Qorbaçov və mənfur imperiyanın törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa çatdırırdı.

Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gəldi

Sovet imperiyasına qarşı həmişə dik duruş gətirən ustadlarımızdan biri də Xalq şairi Bəxtiyar Vahabzadə idi. O, milli istiqlal hərəkatına öncüllük edirdi. Heç nədən qorxmadan ancaq öz xalqının mənafeyini düşünürdü. Sovetin senzura məngənəsində “Gülüstan” kimi bir poemanı üzə çıxartdı.

Eləcə də Müstəqil Azərbaycanın siyasi tarixinin çox mühüm və şərəfli səhifəsini təşkil edən 20 yanvar gecəsi qorxmaz və cəsarətli çıxışları ilə yaddaşlara əbədi yazıldı. SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi ilə ölkənin nüfuzlu ziyalılarının sırasında o da vardı. Xalq şairi Bəxtiyar Vahabzadə: “Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?” deyəcək qədər cəsarətli idi.

“Qanlı 20 Yanvar şəhidləri haqqında” şeirində yazırdı:

On doqquz yanvarda doğum evləri

Ölümdən, qırğından xəbərsiz idi.

O gün Bakımızda axşamdan bəri,

Ölüm ilə həyat üzbəüz idi.

“Araz” çağlayan şair

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Heç şübhəsiz, bu misralar səslənən kimi ağla Xalq şairi Məmməd Araz gəlir.

Çağdaş Azərbaycan ədəbiyyatının və milli şeirimizin ən dəyərli poetik nümunələrini yaradan şairin yaradıcılığından “Araz” çağlayırdı. Araz mövzusunda silsilə şeirlər yaratmışdı. Bunlardan “Araz dili”, “Yenə Arazı gördüm...”, “Bu gecə yuxumda Arazı gördüm”, “Mən Araz şairiyəm”, “Arazın işıqları”, “Araz üstə çinar gördüm”, “Araz yadıma düşüb”, “Arazın nəğməsi” şeirləri və “Araz axır” poemasını xüsusi vurğulamaq lazımdır.

Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Onun şeirinin əvvəli də, axırı da Vətəndir.

Azad söz ustadı həm də qəzet və jurnalda  çalışıb. Ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət dərgidə akademik Həsən Əliyevlə birgə çalışıb. Jurnalı böyük zəhmət və çətinliklə ərsəyə gətiriblər.

Çünki sovet dövründə senzura şəraitində nəşr buraxmaq üçün mütləq rəsmi Moskvanın  və hakim dairələrin razılığı alınmalı idi. Məmməd Arazın çalışdığı jurnal da onunla əbədiyyətə qovuşdu.... Azadlıq çarçısından isə geriyə  misilsiz yaradıcılığı qaldı.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31