İqtisadi siyasətin Azərbaycan modeli
20.01.2023 [10:48]
Günel ABBAS
İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.
İctimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atan, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə yetişən Azərbaycan son illərdə həm də özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Bir sıra qabaqcıl Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır. İqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyanın spesifik cəhətləri, “İnkişafın Azərbaycan modeli” ilə bağlı müzakirələrə hazırda dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər ciddiliklə yanaşılır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətləri sırasında yüksəlib. Dövlət başçısının ötən illər ərzində inamla həyata keçirdiyi islahatlar respublikamızı regionun ən aparıcı dövlətinə çevirib, onun beynəlxalq imicini yüksəldib. Ötən müddətdə iqtisadi sahədə böyük uğurlara imza atılıb. Müstəqilliyin ilk illərindəki qanlı-qadalı, ağrılı günlərini çoxdan unudan Azərbaycan vətəndaşının yüksək sosial rifah halı, firavanlığı təmin olunub. Şübhəsiz, mövcud uğurların əsası ulu öndər
Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası ilə qoyulub. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin üzərinə düşən məsuliyyətli vəzifələrdən biri də keyfiyyətcə yeni mərhələdə Azərbaycanı ağır sosial-iqtisadi problemlərdən qurtarmaq, davamlı inkişaf yoluna çıxarmaq idi. Dahi rəhbər bu məqsədlə ilk növbədə, Azərbaycanın yeni dövrlə səsləşən iqtisadi siyasətinin əsas konturlarını müəyyənləşdirdi.
Onun sözlərinə görə, iqtisadiyyatı dirçəltmək, ölkənin etibarlı gələcəyinə maddi zəmin hazırlamaq üçün yeni neft strategiyasını hazırladı. 1994-cü ilin sentyabrında ulu öndərin böyük siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı, eyni zamanda, həmin dövrdə ARDNŞ-nin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin gərgin diplomatik səyləri nəticəsində əfsanədən reallığa çevrilən “Əsrin müqaviləsi” ölkənin böhrandan çıxarılması, respublikamıza xarici investisiyaların cəlb edilməsi yönündə ciddi addım oldu. Azərbaycanın tarixən aqrar ölkəsi kimi tanındığını, iqtisadiyyatda bu sahənin üstün mövqeyə malik olduğunu özünəməxsus müdrikliklə dəyərləndirən ümummilli lider
Heydər Əliyev yaxşı bilirdi ki, torpağı əsl sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək mümkün olmayacaq. O illəri xatırlayanda ümummilli lider Heydər Əliyevin respublikada torpaq islahatlarının düzgün və ədalətli aparılması üçün nümayiş etdirdiyi prinsipiallığı, fədakarlığı, tələbkarlığı xüsusi vurğulamaq lazımdır. Müdrik rəhbərin gərgin və yorulmaz əməyi, yerli xüsusiyyətləri ciddiliklə nəzərə alması, mövcud reallığı düzgün dəyərləndirməsi, sıravi vətəndaşların - kəndlilərin mənafeyini uca tutması nəticəsində Azərbaycanda torpaq islahatı ağrısız-fəsadsız, şəffaf, ədalətli şəkildə gerçəkləşdirildi.
1994-cü ildən ölkədə aqrar islahatların aparılması üçün normativ hüquqi sənədlər və qanunlar hazırlandı. 1995-ci ilin əvvəlindən aqrar islahatlara başlanıldı. 1995-1996-cı illərdə “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı” haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. “Torpaq islahatı haqqında” qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxozlar və kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürüldü.
Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə, 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni, əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Kənddə yeni mülkiyyətin - kəndli-fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatında işlərin daha yaxşı təşkili, aqrar bölmənin inkişafı üçün möhkəm zəmin rolunu oynadı. Ümumiyyətlə, aqrar bölmədəki islahatlar qətiyyətliliyi və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta postsovet respublikalarındakı islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynadı. 1999-2000-ci illərdə islahatların daha da dərinləşdirilməsi məqsədilə Prezident 8 fərman imzaladı, bir çox məqsədli tədbirlər görüldü. Bu islahatlar nəticəsində 1970 kolxoz və sovxozun hamısında torpaq və əmlak 3 milyon 500 minə yaxın vətəndaş arasında bölüşdürüldü.
Ulu öndər Heydər Əliyevin 22 mart 1999-cu il tarixli “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” fərmanı xüsusilə mühüm əhəmiyyət kəsb edirdi. Fərmanla Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana əsasən təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.
Heydər Əliyevin müdrikliyi sayəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən bu güzəştlər digər MDB ölkələrində bu gün də tətbiq edilmir.
Bu gün Azərbaycan kəndində yaşayan insanlar da halal zəhmətləri hesabına nəinki “çörək təknə”lərini doldurur, hətta böyük məbləğdə gəlir də əldə edirlər. Son 7 ildə dövlət başçısı İlham Əliyev tərəfindən aqrar islahatların inamla davam etdirilməsi bu sahədə çalışan vətəndaşlara geniş imkanlar açıb. Prezident kimi hökumətin 2003-cü il noyabr ayında keçirdiyi ilk iclasında “Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır”, - deyən dövlət başçısı bu sahənin inkişafı üçün əlavə fərman və sərəncamlar, dövlət proqramları imzalayıb.Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22

