İnkişaf indikatorlarından biri - vətəndaş cəmiyyəti
28.02.2023 [11:12]
Nicat Dilqəmli
Mütərrəqi, inkişaf, yüksək nəticələr və bu kimi digər bir çox önəmli göstəricilər dövlətin inkişafını göstərən əsas amillər sırasındadır. Heç şübhəsiz, onlardan biri də vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti dedikdə müxtəlif sahələr üzrə fəaliyyət xətti olan qeyri-hökumət təşkilatları, ictimai birliklər, icmalar, məktəblər, hansısa təşəbbüs qrupları və s. nəzərdə tutulur. Cəmiyyətlər bu və ya digər məzmunu əhatə edən maraqları ifadə etməklə, könüllü şəkildə yaradılır.
Vətəndaş cəmiyyətinin düzgün şəkildə formalaşması, inkişaf etməsi hüquqi dövlətin formalaşması baxımından da çox önəmlidir. Bu baxımdan, vətəndaş cəmiyyətində qeyri-hökumət təşkilatları hərəkatlarının gücləndirilməsi, onların fəaliyyəti üçün bütün lazımi imkanların yaradılması vətəndaş cəmiyyətinin formalaşması ilə bərabər inkişafına da müsbət təsir göstərir. Sevindirici haldır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət tərəfindən bütün tədbirlər həyata keçirilib və bu, davam edir. Müxtəlif dövlət qurumlarının tərkibində ictimai şuraların yaradılması bunun ən aydın nümunələrindən biridir. İctimai şuralar qurumlarda həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və bu qurumlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə yaradılıb. Üzvləri arasında QHT nümayəndələrinin də yer aldığı şuralar artıq bir neçə ildir ki, qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin təşkili kimi digər bir çox sahədə səmərəli, uğurlu fəaliyyət göstərirlər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin həyata keçirilməsidir: “İctimai iştirakçılıq haqqında” qanunun 2014-cü ildə qüvvəyə minməsi ilə bu fəaliyyət daha da sürətləndi. Qanunun qəbul edilməsi ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıdı. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib”.
A.Badamov şuraların fəaliyyəti nəticəsində əldə edilən nailiyyətlərdən də söz açıb: “Bu gün biz sosial şəbəkələr üzərindən vətəndaşların hansısa şikayətlər və ya təkliflər səsləndirməsinə tez-tez şahidlik edirik. İctimai Şuraların üzvləri operativ şəkildə paylaşımlarda qeyd edilən məsələlərin həlli üçün aidiyyəti şəxsləri məlumatlandırırlar, lazım gəldikdə müxtəlif müzakirələr təşkil edirlər. Mərkəzində Azərbaycan vətəndaşı dayanan dövlət siyasətinin uğurlu addımlarından biri olan İctimai Şuraların yaradılmasında, fəaliyyətində də əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır”.
“Artıq bir neçə ildir ki, İctimai Şuralar öz fəaliyyətlərini davam etdirirlər. Vətəndaşların fikirlərinin, təklif və şikayətlərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin qurulması kimi bir çox önəmli məsələlərdə şura üzvləri öz müsbət töhfələrini verirlər. Əminəm ki, qarşıdakı dövrlərdə də bu müsbət tendensiya davam edəcək”, - deyə millət vəkili fikirlərinə əlavə edib.
Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü də “Yeni Azərbaycan”a açıqlamasında İctimai Şuraların yaradılmasının çox gözəl bir mexanizm olduğunu deyib. Birlik sədri İctimai Şuraların effektiv fəaliyyət istiqamətində səylərini müsbət qiymətləndirərək bunun təqdirəlayiq olduğunu diqqətə çatdırıb: “Cənab Prezidentin də dediyi kimi, vətəndaşların ictimai nəzarətinin təşkili prosesinin bir tərkib hissəsidir. Əksər qurumlarda - nazirliklərdə, təhsil müəssisələri və s. - İctimai Şuralar yaradılıb. Şuraların bir çoxunun effektiv şəkildə fəaliyyət göstərmək üçün səylərini görürük. Onların bu cəhdləri təqdirəlayiqdir. Lakin əfsuslar olsun ki, bəzi ictimai şuralarda passivlik müşahidə olunur. Seçilənə qədər təbliğat aparırlar, amma seçildikdən sonra onların hər hansı bir fəaliyyəti olmur. Bəzilərinin isə təklif, tövsiyyə, qeyd və iradları qurumlar tərəfindən qəbul edilmir. Düşünürəm ki, ictimai şuraların mövcudluğu çox gözəl bir institutdur, prosesdir. Onların yaradılmasında da məqsəd məhz bundan ibarətdir”.
“Proseslərin daha da təkmilləşməsinə ehtiyac var. Sədrlərin daha da aktiv olması, müəyyən edilən tələblərin yerinə yetirilməsi imkanlarının artırılması lazımdır. Bəzi məqamlarda cəmiyyətin onlardan gözlədiyi tələblərə cavab verə bilmirlər. Bu barədə zaman-zaman yuxarı rəhbər orqanların nümayəndələrinin də müəyyən qeydlərini, eyhamlarını eşidirik”, - deyə M.Göyüşlü fikirlərinə əlavə edib.
Deyilənlər bir daha onu deməyə əsas verir ki, vətəndaşların dövlət idarəçiliyində iştirakı, qəbul edilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının rəyinin öyrənilməsi, eləcə də digər analoji səbəblər baxımından İctimai Şuraların olduqca böyük əhəmiyyəti vardır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26

