Vətənpərvərliyin Azərbaycan nümunəsi...
15.03.2023 [11:10]
Gənclərimizin Vətənə bağlılığı dünyaya örnəkdir
Yeganə BAYRAMOVA
Gənclik bir millətin yaşaması, inkişafı üçün xalqın onurğa sütunudur. Cəmiyyətin sağlam düşüncəli və təfəkkürlü gənclərə hər zaman ehtiyacı var. Bu ehtiyacı ödəmək və sağlam təfəkkürlü gəncliyin yetişməsi üçün cəmiyyət özü zəmin yaratmalıdır. Hazırda ən mühüm amillərdən biri gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsidir. Gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsi də vacib məqamlardan hesab olunur. Çünki milli mənlik şüuruna malik olan gənclərin yetişməsi və formalaşması üçün uzun illər lazımdır.
Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən, də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet məsələdir. Prezident İlham Əliyevin təbirincə desək, “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.
Aydın məsələdir ki, bunları dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları gənc nəslin tərbiyəsində onların düşüncələrinə təsir edə biləcək məzmunda aşılansın. Çünki sahiblənmə hissi olmayan birinin vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük təsir göstərir.
Zəfərə gedən müdrik yol-Gənclik
Azərbaycan müstəqil ölkə olaraq formalaşıb, güclü dövlətimiz var. Ölkəmizdə milli mənlik şüuruna malik olan gənclər saysız-hesabsızdır. Buna dəfələrlə əmin olmuşuq. Baxmayaraq ki, 30 ilə yaxın torpaqlarımız düşmənin işğalı altında qaldı, lakin Azərbaycan gəncliyi bununla barışmadı. Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı. Buna baxmayaraq, qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. 44 gün davam edən müharibədə İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə Azərbaycan gəncliyi öz sözünü dedi. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə gənclərimizin şücaəti dillərdə dastan oldu. Bu gün də gəncliyimiz bütün dünyanın gəncləri üçün nümunə hesab edilir. Düşmən Azərbaycan gəncliyinin, əsgər və zabitlərimizin cəsurluğuna, rəşadətinə bir daha əmin oldu.
Sözsüz ki, Vətəni sevmək və onu qorumaq vətəndaşlıq borcudur. Amma milli mənlik şüuru, vətənpərvərlik hissi bu borcun daha üstün şəkildə, layiqincə yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyünü, hər qarış torpağını qoruması, onun keşiyində durması bu gün də gənclərimizin ən ümdə vəzifəsi hesab olunur. Bundan sonra da torpaqlarımızın, milli dəyərlərimizin mühafizəsi vacib missiyadır. Sözsüz ki, bu baxımdan da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi prioritetdir. Ona görə də dövət başçısı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi önəm verir, diqqətlə yanaşır. Bunun üçün də müvafiq və lazım olan işlər görülür. Məhz bu işlər sayəsində ölkəmizdə milli mənlik şüuruna, vətənpərvərlik hisslərinə sahib olan gənclərlə yanaşı, həmin gəncliyi yetişdirən cəmiyyət də mövcuddur.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05

