Toplumları kütlə olmaqdan xilas edən amil
29.03.2023 [10:34]
Dil cəmiyyətləri millət edən, onları duyğuda, düşüncədə birləşdirən ən mühüm amildir. Bu amil həm də toplumları kütlə olmaqdan xilas edən, onları fikir və düşüncədə birləşdirərək cəmiyyətə çevirən ən mühüm mədəni dəyərdir. Bununla yanaşı, dil həm də mədəniyyətin əsası və daşıyıcısıdır. Dili məhv etsən, milli ruh, milli mədəniyyət, milli düşüncə də olmaz. Buna görə də dili qorumaq və qoruyucu tədbirlər görmək vacibdir.
Azərbaycan dilinin dövlət dili kimi qorunub bugünkü səviyyəsinə gəlib çatmasında Heydər Əliyevin uzaqgörən dil siyasətinin mühüm rolu olub. Ömrünün hər anında öz milləti və dövləti üçün çalışan lider Azərbaycan dilinin hərtərəfli inkişafında, onun dünyada dövlət dili kimi tanınmasında, beynəlxalq kürsülərdən eşidilməsində böyük rol oynayıb.
ADNSU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyevin qərarları və onun təşəbbüsü ilə Azərbaycan dili dövlət səviyyəsində təkrar qəbul olundu və onun inkişafı istiqamətində mühüm işlər görülüb: “Heydər Əliyevin Azərbaycan dili sahəsində xidmətlərini iki mərhələyə ayırmaq olar. Sovet dövründə Azərbaycan dili ilə bağlı fəaliyyəti birinci mərhələ, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan dili ilə bağlı aparılan islahatları ikinci mərhələyə aid etmək olar. Birinci mərhələdə, yəni Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-də hakimiyyətə gəldikdən sonra dil məsələlərinə xüsusi diqqət ayırıb. O, Azərbaycan ədəbi dili ilə yanaşı, xalq danışıq dilini, onun etnolinqvistikasını, linqvokulturalogiyasını dərindən bilir, lazımi yerlərdə düzgün istifadə edirdi. Heydər Əliyevin Azərbaycan dilinə münasibəti Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş yubiley iclasında ilk dəfə Azərbaycan dilində açılış nitqi söyləməsi ilə başladı. Bu hadisə o zaman böyük rezonans yaratdı. Çünki həmin iclasda bütün respublikalardan, sosialist ölkələrdən, həmçinin xarici ölkələrdən iştirakçılar var idi”.
Onun sözlərinə görə, bu addımlar əslində 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasında müzakirə ediləcək dövlət dili haqqında maddəyə hazırlıq mərhələsi idi: “Məlum olduğu kimi, SSRİ-nin Konstitusiyasında bu vaxta kimi dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmırdı. Lakin buna baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin konstitusiyaya salınması fikrini irəli sürdü. 1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddənin aşağıdakı şəkildə verilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu hadisədən sonra Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsasları” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı çoxaldıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Burda məqsəd Azərbaycan dilinin inkişafına, onun geniş şəkildə tədqiq edilməsinə nail olmaq idi”.
R.Abdullayev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fəaliyyətinin ikinci mərhələsi Sovet İttifaqının dağılması ilə ölkəmizin müstəqilliyinə qovuşmasından sonrakı dövrü əhatə edir: “Bu zaman hakimiyyətə gələn Xalq Cəbhəsi “Azərbaycan dili” anlayışından imtina edərək əvəzində “Türk dili” terminini işlətdi. Orta məktəb dərslikləri “Türk dili” adı ilə nəşr edilməyə başlanıldı. Heydər Əliyev hakimiyyətə gələn kimi işin, vəziyyətin çətin və gərgin olmasına baxmayaraq, bu məsələni alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin geniş mənada xalqın müzakirəsinə verdi. 1995-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikası Elmlər Akademiyasında “Azərbaycan dilinin müzakirəsinə həsr olunmuş müşavirə”də 4 fikir səsləndirildi: 1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. 2.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir (Azərbaycan türkcəsidir). 3. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir). 4. Azərbaycan Respublikasının dövlət dili türk dilidir. Bu müzakirələrin, demək olar ki, hamısında iştirak edən Heydər Əliyev sonda öz fikrini bu şəkildə bildirdi: “1. Ana dilinin adı müasir ictimai təfəkkür üçün tamamilə aydın olmalı, arxaik səciyyə daşımamalıdır. 2. Ölkənin, xalqın və dilin adında məntiqi bağlılıq olmalı, biri digərini təsdiq etməlidir. 3. Milli müstəqillik, milli mənlik qüruru zədələnməməlidir”.
Dosent vurğulayıb ki, Heydər Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində həmişə Azərbaycan dilini, onun saflığı və qorunmasını diqqət mərkəzində saxlayıb və dilçi alimlərə özünün nəzəri göstərişlərini verib: “Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini iki istiqamətdə qurub: 1. Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizə və göstərişlər; 2. Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqləri. Heydər Əliyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz birləşmələrindən həmişə məqamında istifadə edib, onlara bəzən yaradıcılıqla yanaşıb, öz nitqini auditoriyaya və seçdiyi mövzuya görə qurmuş, dil faktlarından, vurğu və intonasiyadan məharətlə istifadə edib. Azərbaycan dilinə həmişə xüsusi diqqətlə yanaşan Ulu Öndər müstəqillik dövründə Azərbaycan dilində reallaşan inkişaf və yenilikləri nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, müasir dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilib və həmin problemlərin həlli yolları göstərilib”.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği - “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanmışdır”
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

