Liberal iqtisadiyyat prioritetdir!
17.06.2023 [11:00]
Sahibkarlığın inkişafı yeni mərhələdə...
Yeganə BAYRAMOVA
Azad ticarətin, sahibkarlığın və iqtisadi inkişafın əsas elementlərindən biri ölkədə sahibkarlıq üçün əlverişli mühitin yaradılmasıdır. İqtisadiyyatın tərəqqisi, liberallaşması bazar əlaqələrinin və sağlam rəqabətin inkişafında müstəsna rola malikdir.
Məlumdur ki, liberalizmdə bazar özü-özünə tənzimlənir. Bu proses iqtisadi quruluşlara çox böyük töhfə verdiyi üçün dünya ölkələri iqtisadiyyatın liberallaşdırlması istiqamətində daha geniş addımlar atmağa cəhd edirlər.
Azərbaycanda iqtisadi cəhətdən liberallaşma hansı səviyyədədir? Bu istiqamətdə dövlət hansı tədbirləri görür?
Qarışıq iqtisadiyyat modeli
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, liberal iqtisadiyyat dövlətin iqtisadiyyata müdaxiləsinin minumumlaşdırılması anlamına gəlir. Deputatın sözlərinə görə, əslində bir sıra ölkələrdə bu gün liberal deyil, daha çox qarışıq iqtisadiyyat modelindən istifadə olunur, o cümlədən inkişaf etmiş əksər Avropa ölkələrində də oxşar model tətbiq olunur: “Ona görə də bir tərəfdən dövlət müəyyən funksiyaları saxlayır və o funksiyaları yerinə yetirir, digər tərəfdən isə xüsusən də bazarın liberallaşdırılması həyata keçirilir. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması və ya bütövlükdə gizli iqtisadiyyata qarşı mübarizə tədbirləri daha çox 2018-ci ildən etibarən sürətləndi. Düzdür, 2015-ci ildən etibarən biz bu istiqamətdə islahatların cəmləşməsini müşahidə etdik, amma islahatlar, xüsusən gizli iqtisadiyyata qarşı mübarizə tədbirləri, 2018-ci ildən etibarən yeni mərhələyə qədəm qoydu. Sözsüz ki, postpandemiya dövründə yeni strategiyanın qəbul edilməsi də məhz bu imkanları genişləndirdi. Postsovet məkanında liberal iqtisadiyyatın formalaşması zaman alır. Ölkələr buna mərhələli şəkildə nail olmağa çalışır. 2026-ci ilədək olan strategiya göstərir ki, əslində Azərbaycan növbəti dövrlərdə iqtisadiyyatda sahibkarın payının və rolunun artırılmasına nail olmaq niyyətindədir. Bu baxımdan bazarın tamamilə liberallaşması, monopoliyanın tamamilə minumumlaşdırlması, dövlət satınalmalarının təkmilləşdirilməsi və rəqabətin təmin edilməsi çox vacibdir. Nəzərə alsaq ki, rəqabət məcəlləsi 2023-cü ildə Milli Məclisin iş planına daxil edilib, eyni zamanda, dövlət satınalmaları ilə bağlı qanun layihəsi hazırlanıb. Bunlar ondan xəbər verir ki, biz növbəti dövrdə iqtisadiyyatın daha da liberallaşmasını müşahidə edə biləcəyik”.
Gizli iqtisadiyyata qarşı mübarizə
Parlament üzvü qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən strategiyada xüsusi prinsiplər var. Bir tərəfdən ölkəmizdə gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verilir. Bu da təbii ki, rəqabətin güclənməsi, azad iqtisadi sistemin genişləndirilməsi baxımdan vacib hesab olunur: “Digər tərəfdən də liberal iqtisadiyyatın inkişafı özəl sektorların payının artmasında özünü göstərir. Ölkə başçısı tərəfindən təsdiq olunmuş “2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”də də gizli iqtisadiyyatın məhdudlaşdırılması, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsi əsas prioritetlərdən biridir. Bu baxımdan növbəti dövrlərdə də bu istiqamətdə islahatların davam etdiriləcəyi gözlənilir. Dünya Bankının duin-biznes hesabatı həm də azad iqtisadiyyat, eləcə də iqtisadiyyatın liberallaşdırılması baxımından bir konsepsiya rolu oynaya bilər. Nəzərə alaq ki, hesabatın fəlsəfəsi prosedurların, eləcə də tələb olunan zamanın ölçüsündə azalmalar, yəni günlərin sayının azalmasından ibarətdir. Artıq bu istiqamətdə Azərbaycan ciddi islahatlar aparır. Xüsusən də duin-biznesdə yerimizin möhkəmlənməsi bundan xəbər verir. Duinq-biznesdə nisbətən geri qaldığımız istiqamətlər üzrə islahatların dərinləşməsi və azad sahibkarlığın bu konteksdən dəstəklənməsi məqsədəuyğun olardı”.
V.Bayramov vurğulayıb ki, həm ümumi məsələlərin sayında özəl sektorun payının artmasını, həm də bütövlükdə iqtisadiyyatda özəl müəssisələrin genişlənməsini müşahidə edirik: “Bütün bunlar azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafında xüsusi rol oynayır. Bu, iqtisadi vəziyyətin dayanıqlılığı baxımından vacibdir. Çünki yeni strategiyada inklüziv inkişaf prioritet məsələlərdəndir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42

