Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Uşaqların fiziki və mənəvi inkişafının açarı

Uşaqların fiziki və mənəvi inkişafının açarı

24.08.2023 [11:30]

Sağlam fiziki inkişaf üçün nə etməli?

Günel ABBAS

Uşaqların fiziki və mənəvi inkişafı üçün sağlam qidalanma mühüm əhəmiyyət kəsb edir. Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Belə ki, uşaqlıq dövrü insan orqanizminin sonrakı fiziki, əqli inkişafında xüsusi əhəmiyyətə malikdir. Araşdırmalara görə, meyvə və tərəvəz yeyən uşaqların psixi sağlamlığı daha yaxşı olur və bu, onların akademik nailiyyətlərinə birbaşa təsir edir.

Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır.

İngiltərədə aparılan bir araşdırmada 50 məktəbdə 9000 şagirdin yeməkləri araşdırılıb. Səhər və naharda yeyilən qidalar, uşaqların meyvə-tərəvəz istehlakı da müzakirə olunub. Orta məktəb şagirdləri tərəfindən yeyilən səhər yeməyi və nahar menyuları ilə kurs nailiyyətləri arasında əhəmiyyətli əlaqə aşkar edilib.  Xüsusən də orta məktəb şagirdlərindən söhbət gedirsə, tədqiqatın nəticələri daha çox məna kəsb edir. Gündə beş və ya daha çox porsiya meyvə və tərəvəz yeyən uşaqlar psixi sağlamlıq baxımından ən yüksək nəticə əldə ediblər.

Uşaqlarda psixi sağlamlığın pisləşməsinin artması səlahiyyətliləri tədbir görməyə vadar edib. İngiltərədə aparılan araşdırmaların nəticələri göstərir ki, uşaq və gənclər həm sosial media, həm də müasir məktəb mədəniyyəti tərəfindən təzyiq altındadır. Qidalanma ilə fiziki sağlamlıq arasında əlaqə bilinsə də, gənclərin psixologiyasına təsiri çox vurğulanmır. Yeniyetmələrin psixi sağlamlıq problemlərinin yetkinlik yaşına qədər davam etdiyi, yetkinlik dövründə görülən bir çox psixi problemlərin isə yeniyetməlik dövründə başladığı məlum bir həqiqətdir.

Bir çox araşdırmalar göstərir ki, yaxşı qidalanma uşaqlarda daha yaxşı zehni bacarığa səbəb olur. Meyvə və tərəvəzlərlə müntəzəm yeməklərin, xüsusən də orta məktəb uşaqları arasında daha yaxşı psixi sağlamlıqla birbaşa əlaqəli olduğu müəyyən edilib. Ənənəvi səhər yeməyi yeyən tələbələr səhər yeməyini yalnız karbohidratlı qidalarla yeyən tələbələrlə müqayisə edilib.

Tədqiqatlara görə, qida dəyəri az olan qidalarla səhər yeməyi qəbul etmək uşaqların psixi-mənəvi sağlamlığına da təsir edir. İngiltərədə aparılan araşdırmada səhər yeməyində “boş kalori” olaraq xarakterizə edilən enerji içkilərini qəbul edən bir qrup uşağın varlığı da təsbit edilib. Bu içkilərin isə heç səhər yeməyi yeməməkdən daha çox zərəri var. Günorta dərslərinə nahar etmədən qatılan tələbələrin akademik uğurları və zehni performansları da çox aşağıdır.

Həkim-terapevt Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sağlam qida sağlam fiziki inkişafdır: “Qidalar və qidalanma vərdişləri uşaqların psixi və fiziki sağlamlığında açar rolunu oynayır. Düzgün və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını müəyyən edən vacib amillərdəndir. Qida rasionu uşağın əqli qabiliyyətinin, yaddaşının və intellektinin formalaşmasında mühüm rol oynayır. Övladınızın fiziki və zehni inkişafının artmasını istəyirsinizsə, onların qida rasionuna diqqət edin. Balanslı səhər yeməyi beyinin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına da kömək edir.

Bir çox uşağın gündəlik qida rasionunda yüksək miqdarda şəkər, rafinə olunmuş nişasta, asitli içkilər, süni yağlar, qida boyaları, müxtəlif qatqı və qoruyucu maddələr olur. Bu qidalanma tərzi çox yüksək enerjini əhatə edir və eyni zamanda təməl qida maddələrindən əskik qidalanma sistemi deməkdir. Bu qidalar övladlarımızın öyrənmə bacarıqlarında, psixi hallarında və davranışlarında dalğalanmalara səbəb olur. Zəif qidalanma zəif sağlamlıq deməkdir. Çox zaman hazırlanması və alınması rahat olan hazır qidalarla övladlarımızın sağlamlığını öz əllərimizlə zədələyirik. Bu cür qidalanma ilə bədənimizin və beynimizin yaşamaq funksiyası üçün vacib olan qidaları ya əskik, ya da heç qəbul etmirik”.

Ş.Məmmədovun sözlərinə görə, uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur: “Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidirlər. Xüsusən də piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır. Bunun üçün uşaqların psixi və fiziki sağlamlıqlarını qorumaq naminə onlara yedirtdiyimiz qidalar haqqında ətraflı məlumata sahib olmalıyıq.

Rafinə olunmuş nişastalı və şəkərli qida övladlarımızın beyin, həzm və immun sisteminə zərər verir. Nəticədə enerji dalğalanmaları, öyrənmə çətinliyi, davranış problemləri kimi vəziyyətlər yaranır. Övladlarımız sızma zeytun yağı əvəzinə hidrogenizə yağlar olaraq bilinən yağlarla hazırlanan qidalar yeyir, rafinə olunmuş, bir çox mərhələdən keçən hazır keks, peçenye və başqa qidalar yeyir. Amma onlara beyninin inkişafı və lazımi funksiyalarını yerinə yetirməsi üçün Omeqa 3, Omeqa 6 kimi təməl yağlar lazımdır. Bunlar orqanizm tərəfindən istehsal oluna bilmədiyi üçün onları qida yolu ilə almağımız vacibdir. Esensial yağlar üçün ən yaxşı mənbə dəniz məhsullarıdır. Son tədqiqatlar göstərir ki, immun sistemi, ürək və beyin sağlamlığı üçün uşaqlarımıza verdiyimiz Omeqa 3 onların tez oxuma, hesablama, diqqət və hafizələrində olan problemlərinin həllinə kömək edir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30