Dini tolerantlıq modelimiz...
11.10.2023 [11:09]
Müxtəlif mədəniyyətlərin və dinlərin mərkəzi...
Günel ABBAS
Multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Belə ki, qədim və zəngin tarixə malik olan Azərbaycanda tarixin bütün dövrlərində müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, ehtiram, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb. Sevindirici və qürurverici bir haldır ki, bu ənənə günümüzə qədər davam edir. Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə qayğı və diqqətlə yanaşılır.
Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.
Tarixən bu günümüzə qədər Azərbaycanda hər zaman tolerantlıq mövcud olub. Ölkəmizdə inanclarına, adət-ənənələrinə, dininə, irqinə, milli mənsubiyyətinə görə heç kəsə fərq qoyulmayıb. Hər bir vətəndaşa eyni şəkildə yanaşılıb. Dövlətimiz milli və bəşəri dəyərlərə hər zaman böyük hörmət bəsləyib.
Tolerantlıq milli birlikdən başlayır
Hər zaman təsdiq edilib ki, insan doğulduğu yurdu, məxsus olduğu milləti sevməsə, başqa xalqlara, ayrı-ayrı insanlara, hətta ölkələrə laqeyd olar. Bu mənada Azərbaycan xalqı həmişə genişürəkli və humanist mövqeli olub. İstər qonşu, istərsə də uzaq ölkələrdə yaşayan millətlərə qayğı və məhəbbətlə yanaşıb.
Bu gün Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn əcnəbilər buradakı ab-havadan, duyduqları diqqətdən razılıq edirlər. Bu tədbirlərin əksəriyyətinin mövzusu tolerantlıqla, millətlərarası dostluqla bağlı olur. Ümumiyyətlə, Azərbaycanda həmişə dini ayrı-seçkiliyə qarşı bir mübarizə ruhu olub. Hələ sovet dövründə Bakını “beynəlmilləlçiliyin beşiyi” adlandırırdılar. Təbii ki, Azərbaycanda bəşəri duyğuların vüsət tapmasında, insanların qardaşlıq, dostluq şəraitində çalışıb yaşamasında ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri var. O, həmişə insana ağlına, zəkasına, qabiliyyətinə, xidmətinə görə qiymət verərdi. Bu gün əminliklə deyə bilərik ki, Ümummilli Liderin arzu və istəkləri Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tolerantlıq fərqliliyimiz və zənginliyimizdir
Dünyada baş verən hadisələr - dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qürurla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir. Tolerantlıq fərqliliyimiz və zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Tolerantlıq həm də sosial hadisədir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu nəticəsində cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Fikirlərimizi Prezident İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istərdik: “Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir”. Nə yaxşı ki, məhz bu ölkənin vətəndaşlarıyıq. Bu gün hər bir azərbaycanlı tolerant dəyərlərə sahib vətəndaş olmaqla yanaşı, gələcək nəsillərə bu humanist mövqeyi uğurla ötürür. Elə buna görədir ki, Qafqazın mirvarisi olan Azərbaycan nəinki regionun, eləcə də dünyanın tolerantlıq mərkəzinə çevrilib. Ölkəmizə gələn qonaqlar da həmişə ürəklə və səmimiyyətlə etiraf edirlər ki, Azərbaycan tolerantlıq baxımından dünyaya nümunədir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

