Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları
12.10.2023 [11:38]
Hansı yeniliklər lazımdır?
Günel ABBAS
Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu inkişaf etdirməkdir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, bilik əhatəsinin genişlənməsində mühüm amillərdən biri də elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişafı çox vacibdir. Ekspert qeyd edib ki, cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyllidir: “Azərbaycan xalqı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin. Həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələri isə verə bilsin. Əlbəttə ki, bu çox yaxşı haldır. Lakin onun mənfi tərəfləri də çoxdur. Mənfi tərəf ondan ibarətdir ki, hər hansı texnologiya, yenilik, siyasi, ictimai, sosial və elit amillər Azərbaycana xaricdən gəlir. Özümüzün yaratdığımız nə isə yoxdur və ya çox azdır. Bizim yaratdığımız ilklər təəssüflər olsun ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycana xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfüzadənin “Qeyri-səlis məntiq nəzəriyyə”si və yaxud gənclərimizin iri şirkətlərdə gördüyü yenilikləri nümunə göstərmək olar. Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti təəssüf ki, bünövrədə intellektual olmağı seçmir. Yəni, mütaliə etməklə elə də aramız yoxdur, eləcə də dərsliklərin və elmi kitabların səviyyəsi qənaətbəxş deyil. Elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur. Bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə narazılıqlar yaranır. Bu da layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır”.
Ekspert əlavə edib ki, hazırda televiziya və radio da daha geniş imkanlar təklif edir. Üstəlik, internet resurslarından burada da istifadə mümkündür: “Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayırmaqdansa, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına önəm verilə bilər. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı və hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin hazırlanmasına çox böyük ehtiyac var. Qələbənin təmin olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması və rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir. Bu da əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsində ciddi töhvəsini vermiş olacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

