Dövlətçilik tarixində yeni mərhələ...
27.10.2023 [10:19]
Xalqımızın mənafeyi üstün tutulur!
Yeganə BAYRAMOVA
Uzun illər ərzində formalaşmış milli adət-ənənələr və dövlətçilik tarixi hər bir xalqın mövcudluğu üçün mühüm rola malikdir. Bu baxımdan milli məfkurəmizi qorumaq, tariximizi və mənəvi dəyərlərimizi gələcək nəsillərə ötürmək vacib missiyalarımızdan biri olmalıdır.
Hələ 1991-ci ilin oktyabrında-Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçilik tariximizin qorunması mühüm əhəmiyyət kəsb edirdi. Bu məsələ yenə də öz aktuallığını qoruyub. Ötən 30 il ərzində bir çox məsələlərdə olduğu kimi, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, ümumiyyətlə, elm və mədəniyyətimizin təbliği məsələsində mühüm işlər görülüb.
Tariximiz təhrik edilirdi...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən tarixçi-alim Faiq Ələkbərli bildirib ki, 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində Azərbaycan xalqının tarixinə, adət-ənənələrinə, mədəniyyətinə və elminə yeni bir baxış formalaşdırılıb. Onun sözlərinə görə, bu, milli bir baxış sayılır: “Yəni, tariximizi, ədəbiyyatımızı, fəlsəfəmizi və milli mədəniyyətimizi özümüzə məxsus şəkildə ortaya qoymalıyıq. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasından Azərbaycan Respublikasının bərpasına qədərki dövrdə xeyli problemlər yaşadıq. Əlbəttə, Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra ilk dövrlərdə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız müəyyən mənada təbliğ edilirdi. Ancaq bilirdik ki, bu təbliğat qismən yerinə yetirilir. 1930-cu illərdə ümumiyyətlə Azərbaycan xalqının tarixinə, mədəniyyətinə uyğun gəlməyən Sovet imperializmi meydana gəldi. Sovet imperializmi xalqımızın tarixini, mədəniyyətini və elmini də məhz imperiya ruhuna uyğun olaraq təqdim edirdi. İstər orta, istər ali məktəblərdə və digər müəssisələrdə tariximiz, mədəniyyətimiz tamamilə təhrik edilmiş bir şəkildə ifadə olunurdu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yəni təxminən 32 illik bir dövrdə isə artıq biz bu məsələlərə məhz azərbaycançılıq nöqteyi-nəzərindən yanaşmağa başladıq”.
Yeni mərhələnin başlanğıcındayıq...
Tarixçinin sözlərinə görə, Sovet Rusiyası dövründə yaşadığımız müddətdə dövlətçilik tariximizin və mədəniyyətimizin təbliği istiqamətində müsbət addımlar atılmışdı. Lakin aydındır ki, Sovet Rusiyası imperiya olduğuna görə bir çox məsələlər xalqımızın ruhuna uyğun olmayan formada təbliğ edilmişdi: “İndi isə tariximizin, elm və mədəniyyətimizin, milli dəyərlərimizin təbliği xalqımızın maraqlarını ifadə edən formada aparılır. Düzdür, müstəqilliyimizin bərpasından sonrakı
dövrdə ilk zamanlar ciddi problemlər yaşadıq. Buna səbəb də elm və mədəniyyətimizin, dövlətçilik tariximizin təbliğində Sovet dövründən qalma “adət-ənənələr” davam etdirildi. Səbəb isə bəlli idi: Müstəqiliyimizin bərpasından sonra da bu sahədə çalışan insanlar təbii olaraq Sovet dövrünün şinelindən çıxmış insanlar idi. Yəni müəllimlər, elm adamları və digər sahələrdə çalışanlar Sovet dövrünün təfəkkürü və stereotipləri ilə yaşadıqları üçün yeni bir dönəmə qədəm qoya bilmirdilər. Lakin son illərdə görürük ki, artıq yeni bir mərhələnin başlanğıcındayıq. Dövlətçilik tariximizi, elm və mədəniyyətimizi məhz xalqımızın maraqlarına uyğun olaraq təbliğ edirik. Ən əsası odur ki, yeni dövrdə tariximizin, elm və mədəniyyətimizin təbliğini Azərbaycanın Şimalı-Quzeyi ilə məhdudlaşdırmırıq. Artıq Azərbaycanımıza 50-60 milyonluq bir tarix, mədəniyyət, fəlsəfə, ədəbiyyat və dövlətçilik nöqteyindən yanaşırıq. Bu, çox yaxşı haldır. Cümhuriyyət dövrü və ondan qabaq mövcud olmuş Səfəvilər, Əfşarlar, Bayandurlar, Sacilər və digər dövlətlər də tariximizdə mühüm əhəmiyyət kəsb edir. Gələcəyimizi, tariximizi, mədəniyyətimizi Azərbaycançılıq və türkçülük anlayışında qəbul edirik. Dövlətçiliyimiz artıq milli ruhda təbliğ edirik. Xüsusilə indi aparılan dövlət siyasəti nəticəsində torpaqlarımızın azad olunması, türk dövlətləri birliyinin güclənməsi doğru yolda olduğumuzu sübut edir. Şübhəsiz ki, bundan sonrakı mərhələdə də məhz bu ruhda kitablar yazılacaq, konfranslar təşkil ediləcək. Həqiqətən də yeni yazılan Azərbaycan tarixi, elm və mədəniyyəti indi xalqımızın mənəviyyatına, ruhuna daha uyğundur”.
Dövlətçiliyimiz bir addım öndə olmalıdır...
F.Ələkbərli qeyd edib ki, elm-mədəniyyət və dövlətçilik tarixi ilə bağlı məsələlər bütöv olmalıdır: “Əslində elm və mədəniyyətimizlə dövlətçiliyimizi uzlaşdırmalıyıq. Yəni, nə olursa olsun, Azərbaycanın dövlətçiliyi hər zaman bir addım öndə olmalıdır. Hesab edirəm ki, bu sahədə yeni bir nəsil yetişir. Hansı ki, həmin nəsil harada yaşamasından asılı olmayaraq, milli ruh və düşüncə həmin soydaşlarımız üçün mühüm əhəmiyyət kəsb edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına bax
Gündəm
12 Dekabr 00:09

Xəbər lenti
11 Dekabr 23:58

Gündəm
11 Dekabr 22:15

Xəbər lenti
11 Dekabr 19:18

Xəbər lenti
11 Dekabr 17:31

Dünya
11 Dekabr 16:40

Xəbər lenti
11 Dekabr 16:33

Xəbər lenti
11 Dekabr 16:29

Xəbər lenti
11 Dekabr 16:01

Xəbər lenti
11 Dekabr 14:22

Xəbər lenti
11 Dekabr 14:05

Xəbər lenti
11 Dekabr 13:35

Xəbər lenti
11 Dekabr 12:53

Xəbər lenti
11 Dekabr 12:42

İqtisadiyyat
11 Dekabr 12:38

Gündəm
11 Dekabr 12:36

Xəbər lenti
11 Dekabr 12:28

Xəbər lenti
11 Dekabr 12:03

Xəbər lenti
11 Dekabr 11:54

Siyasət
11 Dekabr 11:37

Xəbər lenti
11 Dekabr 11:26

Xəbər lenti
11 Dekabr 11:14

Xəbər lenti
11 Dekabr 10:52

Xəbər lenti
11 Dekabr 10:51

Xəbər lenti
11 Dekabr 10:44

Xəbər lenti
11 Dekabr 10:35

Xəbər lenti
11 Dekabr 10:33

Xəbər lenti
11 Dekabr 10:15

Xəbər lenti
11 Dekabr 10:01

Dünya
11 Dekabr 09:42

Xəbər lenti
11 Dekabr 09:36

Xəbər lenti
11 Dekabr 09:25

Xəbər lenti
10 Dekabr 18:54

Xəbər lenti
10 Dekabr 18:53

Siyasət
10 Dekabr 17:28

Xəbər lenti
10 Dekabr 16:16

Siyasət
10 Dekabr 16:11

Dünya
10 Dekabr 15:31

Xəbər lenti
10 Dekabr 14:24

İqtisadiyyat
10 Dekabr 14:23

Xəbər lenti
10 Dekabr 14:16

Gündəm
10 Dekabr 14:13

Xəbər lenti
10 Dekabr 14:05

İqtisadiyyat
10 Dekabr 13:54

Gündəm
10 Dekabr 13:25

Xəbər lenti
10 Dekabr 13:09

Siyasət
10 Dekabr 13:07

Xəbər lenti
10 Dekabr 12:47

Xəbər lenti
10 Dekabr 12:15

Xəbər lenti
10 Dekabr 12:05

Xəbər lenti
10 Dekabr 11:35

Dünya
10 Dekabr 11:18

Xəbər lenti
10 Dekabr 11:15

Xəbər lenti
10 Dekabr 10:50

Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00
