İlk dəfə...
25.11.2023 [11:20]
“Qərbi Azərbaycana qayıdış” festivalı keçirildi
Bu günlərdə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. Festival çərçivəsində “Araz” Dövlət Qəbul Evində Qərbi Azərbaycan kulinariyasının təqdimatı olub. Təqdimatda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Elm və təhsil naziri Emin Əmrullayev, dövlət və ictimaiyyət xadimləri, media mənsubları iştirak ediblər.
Sərgidə İrəvan mətbəxinə aid 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarükü qidası, 13 növdə müxtəlif çay nümunələri nümayiş etdirilib. Festivalda, həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənib. Bundan başqa, Naxçıvan Dövlət Universitetinin tələbələri Qərbi Azərbaycan ənənələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.
Daha sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında öz işini davam etdirən festival-konqresdə Qərbi Azərbaycana həsr olunmuş sərgiyə baxış olub. Sərgidə bu əzəli yurd yerimizə aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri nümayiş etdirilib.
Tariximizin obyektiv mənzərəsini yaratmışıq
Sözügedən festivalın əhəmiyyəti barədə “Yeni Azərbaycan”a açıqlama verən tarixçi-alim Faiq Ələkbərli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Onun sözlərinə görə, uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır: “Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın yaratdığı bugünkü reallıqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası işinə stimul verir. Daha dəqiq ifadə etsək, Qərbi Azərbaycana qayıdış üçün zəmin yaradır”.
Adət-ənənələrimiz hər zaman qorunub...
F.Ələkbərli qeyd edib ki, bu gün yaşadığımız qürurlu və sevincli günləri görmək üçün xalqımız 200 ildir ki, yaşadı, yaratdı, zəngin adət-ənənələrini qoruyub saxladı: “Vətən müharibəsindəki parlaq Qələbəmiz sayəsində bu günləri görmək bizə nəsib oldu. Bu formatda tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Ulu Öndər başda olmaqla Azərbaycana böyük şəxsiyyətlər bəxş edən Naxçıvan həm də həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb”.
Alim 1981-1982-ci illərdə Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986-1987-ci illərdə isə 206 azərbaycandilli məktəbin fəaliyyət göstərdiyini vurğulayıb: “Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsi olduqca vacibdir”.
Folklor nümunələrimizin tədqiqi vacibdir...
Tarixçinin fikrincə, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponim məlumatlarının tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir: “Bu baxımdan keçirilən festival-konqres mühüm əhəmiyyət kəsb edir. Toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Bu xüsusda, olan yüzlərlə yer adını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı öz tarixinə hər zaman sahib çıxıb. Hesab edirəm ki, konqres min illərlə məskunlaşdığı, tarixi və təbii sərhədləri daxilində böyük maddi-mənəvi dəyərlərin nümunələrini yaşatmış xalqımızın son 200 ildə keçdiyi yolun bütün aspektlərdə əsl mənzərəsini ortaya qoyacaq”.
Y.SƏLİM
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

