İctimai və dövlət maraqları uğrunda...
16.12.2023 [10:50]
Milli mənafenin qorunması ən mühüm prioritetlərimizdəndir
Milli maraqların, ictimai mənafenin qorunması dövlət siyasətimizin ən mühüm prioritetlərindəndir. Ümumiyyətlə, milli maraqlar Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusu sayılır. Müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyətdir. Eyni zamanda, Azərbaycan xalqı ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran yetkin cəmiyyətdir. Ümumiyyətlə, ideal cəmiyyət həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqların təmin edildiyi, bir sözlə ortaq maraqların müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda formalaşır. Bu gün Azərbaycanda dövlət maraqları vətəndaşlarımız tərəfindən müdafiə edilir, qorunur - bu isə özlüyündə dövlət-xalq vəhdətinin vahid hədəfə kilidlənməsinə imkan yaradır. Bu isə dövlətin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının cəmiyyətin maraqları əsasında formalaşdırılması üçün mühüm zəmin yaradır. Qarşılıqlı münasibətlərin yüksək səviyyədə təmin edilməsi isə cəmiyyətin sabit və ümumi maraqlar çərçivəsində inkişafını təmin edir.
Tarixçi-alim Faiq Ələkbərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ictimai maraqlar cəmiyyəti təşkil edən ayrı-ayrı fərdlərin maraqlarının uzlaşması vəhdəti kimi qəbul edilən məfhumdur: “Hələ 1000 il bundan öncə Azərbaycan mütəfəkkiri Əbülhəsən Bəhmənyar öz əsərlərində individium və sosiumun maraqları arasında çox incə bir kəsişmə nöqtəsinin olduğunu qeyd edir, bildirirdi ki, cəmiyyəti təşkil edən ayrı - ayrı fərdlərin maraqlarının qorunması, təmin edilməsi nəticə etibarı ilə həmin individiumların birləşməsi olan sosiumun, cəmiyyətin maraqlarının təmin olunması ilə yekunlaşacaq. Bu isə nəticə etibarı ilə cəmiyyətin şüurlu şəkildə yaratdığı dövlətin maraqlarının təmin olunmasına gətirib çıxaracaq. Əslində Bəhmənyarın bu fikrindən çıxış edərək, qeyd edə bilərik ki, o cəmiyyət, o dövlət daha güclü və daha inkişaf etmiş dövlətə çevrilir ki, orada individumun və sosiumun maraqları üst-üstə düşdüyü kimi, sosiumla dövlətin də maraqları zərurət halında üst-üstə düşməli və biri digərini inkar etməməlidir.
Azərbaycan xalqı dövlət maraqlarını üstün tutmağı bacarır
Onun sözlərinə görə, xüsusilə inkişaf etmiş cəmiyyətlərdə vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları vasitəsi ilə ictimai maraqların təmin olunması və ictimai maraqların bütün proseslərin fövqündə dayanması prosesinin həyata keçirilməsinə xidmət edən davranışlar nümayiş etdirilir. Tarixin müxtəlif mərhələlərində, daha doğrusu, bəşəriyyətin tarixinin müxtəlif mərhələlərində dövlət və ictimai maraqlarla bağlı dövlətin və ya ictimai maraqların daha üstün tutulması ilə bağlı fərqli fikirlər, fərqli mövqelər ortaya qoyulub.
Tarixçi-alim qeyd edib ki, 2020-ci ilin sentyabrında başladılan 44 günlük Vətən müharibəsi dövründə hər bir vətəndaşımızın, ictimai maraqlar və dövlət maraqları uğrunda birləşməyə səsləyən çağırışlar və baş verən proseslər onu göstərdi ki, Azərbaycan xalqı zərurət yarandıqda individual maraqları dövlət maraqlarına dəyişməyi bacaran və onu üstün tutmağı mümkün edən bir toplumdur: “Qarabağda çox böyük bir tarixi qələbə əldə edildi. Məhz əldə olunan bu qələbə həm də ictimai maraqlarla dövlət maraqlarının üst-üstə düşməsi, dövlət maraqlarının həm də vətəndaşların maraqlarının məcmusu olduğunu cəmiyyətimizin hər bir üzvünün dərk etməsinin nəticəsi idi. O hesab edir ki, biz bu davranışları yalnız ekstremal hallar üçün deyil, gündəlik həyatımızda da nümayiş etdirməyi bacarmalıyıq.
Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə ilk dəfə prezident seçilərkən “Mən hər bir vətəndaşın prezidenti olacağam” ifadəsi və bu ifadənin reallaşması istiqamətində atılan addımlar onu göstərir ki, Azərbaycanda dövlət maraqları ilə ictimai maraqların üst-üstə düşməsi və bir çox hallar da bərabərləşməsi istiqamətində çox uğurlu addımlar atılır”-deyən F.Ələkbərli vurğulayıb ki, bundan sonra da bu istiqamətdə inkişaf davamlı olacaq.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46

