Balans pozulur...
11.01.2024 [10:55]
Kişi müəllimlər niyə azdır?
Hazırda ölkəmizdə 37 min 182 ibtidai sinif müəllimi çalışır. Onlardan cəmi 2 min 194-ü kişi müəllimləridir. Məktəblərdə kişi müəllimlərinin sayı 1992-ci ildən azalmağa başlayıb. Ekspertlərin sözünə görə, təhsil işçiləri arasında gender bərabərsizliyi gələcəkdə yaxşı nəticələr verməyəcək.
Müxtəlif zamanlarda orta məktəblərə kişi müəllimlərinin say azlığı ilə bağlı məsələ gündəmə gətirilib. Ümumiyyətlə, ölkədə qadın müəllimlər ümumi müəllimlərin 84 faizini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, qadın pedaqoqlar ölkənin orta ixtisas təhsil müəssisələrində 77,9 faiz, ali təhsil müəssisələrində isə 54,8 faizi təşkil edir.
Cəmiyyət buna ötəri yanaşır...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, ölkənin ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 min 902 müəllimdən 121 min 405-i qadındır: “Bu gün pedaqoji təhsil verən universitetlərin və kolleclərin kontingenti əsasən qızlardan formalaşdığından, belə nəticə çıxarmağa əsas yaranır ki, bu tendensiya hələ ki, yüksələn xətlə davam etməkdədir. Baxmayaraq ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb. Nazirin də xüsusi olaraq vurğuladığı kimi, 2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əmək haqqı 1000 manatı keçəcək.
Bununla belə yenə də əksəriyyət tərəfindən belə bir vəziyyətin yaranması müəllimin əmək haqqının aşağı olması ilə izah olunur. Belə çıxır ki, bu yanaşmanın səhv olduğunu təsdiqləmək üçün daha 2-3 il gözləməliyik...
Təəssüf ki, cəmiyyət buna ötəri yanaşır, kişi müəllimlərin azalmasını o qədər də problem etmir. Əlbəttə, mən də zaman-zaman bu problemə diqqət yetirmişəm. Hətta aldığım bir informasiya da var idi ki, Finlandiyada bağça müdirləri belə çox vaxt kişi olur. Yəqin ki, ölkəmizdə bağça müdirlərinin 90 faizdən çoxu qadınlardır. Məktəbdə isə təxmini olaraq bu statistika 80 faizdən çoxdur. Hətta bizdə elə məktəblər var ki, idman müəllimləri belə qadındır. Bu çox təəssüfləndirici haldır. Bu hal cəmiyyətin deformasiyasına gətirib çıxaracaq”.
Məktəblərdə kişi müəllimlərin zəhmi yoxdur...
Ekspert hesab edir ki, bir çox məktəblərdə yaranan özbaşınalıqların, müəllim- şagird münasibətlərində kütləvi hal alan xoşagəlməz hadisələrin başvermə səbəblərindən biri və ən əsası elə kişi müəllimlərin azlığı, kişi zəhminin yoxluğudur: “Bəlkə də məktəblərdə azlıq təşkil edən kişilərin uşaq döyənlər arasında çoxluğu valideynlərin narazılıqlarının əsas səbəblərindən biridir? Suallar çoxdur, konkret cavab isə hələ ki, yoxdur. Təbii proseslərin qarşısını isə süni yollarla almaq yolverilməzdir. Problemin optimal həllinin geniş müzakirələrə və əsaslı təhlillərə ehtiyacı var”.
Hansı addımlar atılmalıdır?
N.İsrafilovun sözlərinə görə, hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir: “Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb. Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır”.
Dünya ölkələrində bu balans necədir?
Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatlara görə, ölkələr üzrə pedaqoji heyətdə qadınların üstünlük təşkil etdiyi rəqəmlər müxtəlifdir.
Asiyada təhsil sektoru qadınların məşğuliyyət sahəsi kimi mühüm yer sayılır. Pedaqoji sektorun “şərəfli”, “etibarlı iş yeri” imici var. Məsələn, Çində məktəblərdə çalışan müəllimlərin 42,1 faiz kişi, 57,9 faiz qadın olub. Malayziyada təhsil sahəsində işləyən müəllimlərin 65 faizi qadındır. Tailandda bu 61 faizdir. Yaponiyada isə bu rəqəm 39 faizi keçmir.
Statistik göstəriciləri araşdırdıqda Avropa ölkələrində rəqəmlər maraqlıdır. Məsələn, Latviyada məktəblərdə pedaqoji kollektivin 88,7 faiz qadın müəllimlər təşkil edir. Rusiyada bu 86 faizdir. ABŞ məktəblərdə müəllimlərin 76 faiz qadınlar, 24 faiz kişilərdir. Britaniyada pedaqoji sahədə çalışanların 26 faiz kişi müəllimdir, 78 faiz qadındır.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33

