Azərbaycançılıq!
25.01.2024 [10:51]
Xalqımızı birləşdirən ideologiya...
Yeganə BAYRAMOVA
Vətəni, torpağı sevmək, onu qorumaq hər zaman xalqımızın müqəddəs amallarından olub. Təsadüfi deyil ki, bu amallar xalqımızın birliyinə, vətənpərvərliyinə şərait yaradıb. Bütün bunların baş verməsi isə məhz azərbaycançılıq ideologiyasına əsaslanır. Şüurlarımızda dərindən kök salan, əbədi olaraq qəlbimizə, ruhumuza yazılan azərbaycançılıq məfkurəsinin özülü neçə-neçə əsrlər əvvəl qoyulub. Bu ideologiya hər zaman xalqımızın ruhunu ölməz edib, onu ayaqda, daim mübarizə ovqatında saxlayıb.
Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən BDU-nun tarix fakültəsinin müəllimi, tarix elmləri doktoru Nuru Məmmədov bildirib ki, azərbaycançılığın dərin kökləri və təməlləri millətimizin tarixi keçmişi və bugünü ilə sıx bağlıdır. Onun sözlərinə görə, xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq ideologiyası müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib: “Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, bağçadan, məktəbdən və cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-də təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə Vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.
Tarixçi qeyd edib ki, azərbaycançılıq ideologiyası hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir: “Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir. Azərbaycançılıq ideyasının təbliği dünya azərbaycanlıların ümumi maraqları və ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edir. Bu ideya gələcək nəsillərə də Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini sonsuz sevməyi və yaşatmağı, azərbaycanlı olduğuna görə daim qürur hissi keçirməyi aşılayır”.
N.Məmmədovun sözlərinə görə, dövlətimiz tərəfindən azərbaycançılıq ideyasının təbliği sahəsində böyük işlər həyata keçirilib: “Dövlətimiz xalqı birləşdirən bir amal, ideoloji ruh kimi azərbaycançılığı daim təşviq edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası vətənpərvərliklə həmahəng formada inkişaf edib. Bu ideologiyanın təsiri nəticəsində bu gün ölkədə kifayət qədər yüksək səviyyəyə çatmış xalq-iqtidar birliyi, vətəndaş-dövlət əlaqələri mövcuddur. Hesab edirəm ki, azərbaycançılıq ideologiyasının dövlət tərəfindən daim gündəmdə tutulması və ön sıralarda olması nəticəsində xalqımız 44 günlük Vətən müharibəsində ölkə başçımızın ətrafında sıx birləşdi. Bu gün dünyanın bir çox ölkələrində vətəndaş müharibələri, təhdidlərin mövcud olduğu, müxtəlif ideoloji düşüncə daşıyıcısı olan xalq və millətlərin bir dövlət daxilində dinc yaşamadığı bir dövrdə azərbaycançılıq ideologiyası həm də özündə tolerantlığı, multikulturalizmi ehtiva edir. Azərbaycançılıq ideologiyası fonunda Azərbaycan xalqının dövlətə və ölkə başçısına sevgisi daim özünü göstərir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

