London nəşri: Azərbaycan ərəb dünyası üçün mühüm ölkədir!
01.02.2024 [10:30]
Günel ABBAS
Azərbaycan diasporunun tarixi bir çox ölkələrlə müqayisədə çox da qədim deyil. Soydaşlarımızın xarici ölkələrə köçməsi 1920 ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cümhuriyyətin qurucularının Türkiyəyə, Avropa ölkələrinə və Amerikaya getməsi ilə başlayıb. Azərbaycanlıların növbəti köçü Sovet İttifaqının dağılmasından və ölkəmizin müstəqillik əldə etdikdən sonrakı illərə təsadüf edir. Bu proses əslində, müxtəlif hallarda hələ də davam edir. Qloballaşma dövründə, dünyada miqrasiya proseslərinin sürətləndiyi bir dövrdə azərbaycanlıların yaşamaq və işləmək üçün dünyanın müxtəlif ölkələrinə getməsi prosesin təbii bir hissəsidir.
Qeyd edək ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesi 1993-cü ildə başlayıb. Bu proses 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və 2002-ci ildə Dövlət Diaspor Komitəsinin yaradılması ilə davam edib. Ölkəmizin diaspor siyasətinin həyata keçirilməsi prosesləri bu gün ölkə rəhbərliyinin uğurlu fəaliyyəti çərçivəsində davam edir. Soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, ölkəmizin tanıdılması istiqamətində bir çox ciddi işlər görülüb.
Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 460-dan çox Azərbaycan icmaları yaradılıb. Yeni Azərbaycan icma və birliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
Bunun bir nümunəsidir ki, dünya mediasında Azərbaycanla tərəfdaşlıq, birgə əməkdaşlığa dair mütəmadi olaraq müxtəlif məqalələr dərc olunmaqdadır. Yeri gəlmişkən, bu yaxınlarda Səudiyyə Ərəbistanının Londonda nəşr edilən “Riyad Herald” qəzetində “Azərbaycan ərəb dünyası üçün mühüm ölkədir” sərlövhəsi altında geniş redaksiya məqaləsi dərc olunub.
Məqalədə diqqətə çatdırılıb ki, bir neçə il əvvəl Britaniya Parlamentində Azərbaycanda investisiya perspektivləri ilə bağlı keçirilən tədbirin təşkilatçıları ərəb mediasına xüsusi diqqət yetirərək, ərəb diaspor mətbuatının nümayəndələrini, həmçinin Britaniya siyasətçilərini, investorları və jurnalistləri dəvət etmişdi. “Etiraf etmək lazımdır ki, bu tədbir bizim üçün həlledici an oldu. Uzun illər beynəlxalq ictimaiyyət, o cümlədən ərəb dünyası keçmiş sovet respublikalarına oxşar dövlətlər qrupu kimi yanaşırdı. Qərb mediasının bu respublikalara etinasız yanaşması, ərəb siyasətçiləri və jurnalistlərinin onlara marağının olmaması Çindən Qafqaza qədər uzanan bu respublikaların əhəmiyyətini anlamağa mane olurdu. Həmin tədbirdə Prezident İlham Əliyevin qızı Leyla Əliyeva çıxış edərək ölkəsinin potensialı və onun sərmayədarlara verdiyi güzəştlərdən danışdı. Bu kimi faktlar Azərbaycan haqqında təsəvvürləri yenidən nəzərdən keçirməyə vadar etdi”, -deyə yazıda diqqətə çatdırılır.
Azərbaycanın İslam dünyasında ən dünyəvi, eyni zamanda, dini dəyərlərə yüksək qiymət verən ölkə olduğu qeyd edilən məqalədə vurğulanır ki, türk kimliyi azərbaycanlıların mentalitetində əsas yer tutur. Məhz Türkiyə ilə yaxınlıq azərbaycanlılar üçün prioritetdir. Ərazilərin erməni işğalından azad edilməsində də bu amil mühüm rol oynadı.
Məqalədə qeyd olunur ki, Yaxın Şərq regionunda baş verən son hadisələr fonunda Körfəzin ərəb ölkələrinin Azərbaycanla əlaqələri daha da möhkəmlənir. “Ərəb ölkələri üçün əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın timsalında mühüm və konkret fəaliyyət kursudur. Bu ölkə zəngindir və böyük potensiala malikdir. BƏƏ-Azərbaycan münasibətləri modeli çox aktual bir nümunədir. İki ölkə bir çox sahələrdə sıx əlaqələr saxlayır. Bu dövlətlərin liderləri - Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Prezident İlham Əliyev son bir il ərzində üç dəfə görüşüblər. BƏƏ Prezidentinin Bakıya son səfəri zamanı strateji və iqtisadi koordinasiya məsələləri müzakirə olunub, regionda sülhün təmin edilməsi üçün birgə fəaliyyətə sadiqlik vurğulanıb, əməkdaşlığa dair mühüm sənədlər imzalanıb”, -deyə qəzetin yazısında vurğulanıb.
Redaksiya məqaləsində Azərbaycanın Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələri ilə əlaqələrinin inkişafından da bəhs edilib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41

