Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Təhsil və idman bir arada...

Təhsil və idman bir arada...

07.03.2024 [10:55]

Uşaqların fiziki tərbiyəsi də vacibdir

Y.SAHİB

Adətən uşağın tez-tez xəstələnməsi valideynlərdə belə təsəvvür yaradır ki, uşaq təbiətən zəifdir. Mütəxəssislər isə bu düşüncədə deyil. Onların yanaşmalarına görə, dünyaya normal gəlmiş hər bir uşaq “möhkəm”dir. Əgər valideynlər uşağı körpə yaşlarından su proseduruna və fiziki hərəkətləri əhatə edən məşqlərə cəlb etsələr, o, çox sağlam böyüyər. Ekspertlərin fikrincə, ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə yanaşı, demoqrafik amillərlə də bağlıdır.

Hər bir ailədə uşaqların fiziki inkişafı məişət problemi çərçivəsindən çıxaraq daha geniş məna və məzmun kəsb edir. Etiraf edək ki, bu məsələ ictimai xarakter alıb və cəmiyyətin aktual mövzularından biridir. Elm hər nə qədər zehni tərbiyənin formalaşmasında böyük rol oynayırsa, idman da fiziki tərbiyə üçün əsl cövhərdir.  Hədər yerə idmana həm də “bədən tərbiyəsi” demirlər.

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, məlum olduğu kimi, dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr, vərdişlər şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafında mühüm amillər kimi qiymətləndirilir. Ekspert qeyd edib ki, bütün bunlar bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir: “Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır. Xüsusilə son zamanlar Azərbaycan ən nüfuzlu və möhtərəm idman yarışlarına ev sahibliyi edən bir ölkə kimi bütün dünyada tanınır. Həmvətənlərimiz idmanın bir çox növləri üzrə Dünya, Avropa çempionatlarının, Olimpiya oyunlarının qızıl, gümüş və bürünc medallarını qazanaraq, beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ən yüksək zirvələrdə dalğalandırıblar. Bir sözlə, Respublikamız artıq idman ölkəsinə çevrilib”.

N.İsrafilovun qənaətincə, ümumtəhsil məktəbinin vəzifəsi öz yetirmələrinə təkcə müəyyən bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir: “Məktəbəqədər yaşlı uşaqların, şagirdlərin və tələbələrin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir.

Göründüyü kimi, fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin yaxşılaşdırılması və idmanın kütləviliyinə nail olunması ilə bağlı ümumtəhsil məktəblərinin də qarşısında çox ciddi vəzifələr qoyulub. Bununla belə açıq etiraf etməliyik ki, bir sıra ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri və idman məşğələlərinin tədrisinə, idman qurğuları və idman zallarından səmərəli istifadə olunmasına ciddi yanaşmayan məktəb rəhbərləri, fiziki tərbiyə müəllimləri də var. Bir sıra idman müəllimlərinin və şagirdlərin dərslərdə idman formaları geyinmədikləri, fənn müəllimlərinin öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədikləri heç də hamıya gizli deyil. Bəzi məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisində və mövcud idman normativlərinin istər fiziki tərbiyə müəllimləri, istərsə də şagirdlər tərəfindən tam şəkildə yerinə yetirilməsində nöqsanlara yol verilir. Fiziki tərbiyə dərsləri bir çox hallarda formal xarakter daşıması barədə məlumatlar var. Bir çox məktəblərin yay idman meydançaları və sadə idman qurğuları belə yoxdur”.

Ekspert qeyd edib ki, bu kimi münasibət təkcə fiziki tərbiyə dərslərində müşahidə olunmur: “Ayrı-ayrı məktəblərdə “Çağrışaqədərki hazırlıq”, “Musiqi”, “Təsviri incəsənət”, “Texnologiya” fənlərinə də ikinci dərəcəli fənn kimi yanaşma halları var. Bu hər şeydən əvvəl ayrı-ayrı ixtisaslar üzrə şagirdlərin ali məktəblərə hazırlığı, repetitor institutunun inkişafı və ali məktəblərə hazırlıq kursları şəbəkəsinin genişlənməsi ilə əlaqədardır. Halbuki ögey münasibət bəslədiyimiz bu fənlərin hesabına konkret ixtisaslara yiyələnmək yolverilməzdir. Məktəbin vəzifəsi öz yetirmələrinə təkcə hansısa konkret ixtisas üzrə bilik məcmusu vermək deyil. Ümumtəhsil məktəbinin vəzifəsi həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir. Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30