Qarabağ yenidən qurulur
19.03.2024 [10:50]
Məcburi köçkünlərin neçə faizi doğma yurduna qayıtmaq istəyir?
Günel ABBAS
İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış layihəsinin uğurlu və sürətli şəkildə davam etdirilməsi əhalinin məskunlaşmasını hədəfləyir. Bu istiqamətdə infrastrukturun bərpası da xüsusi diqqət çəkir. Belə ki, bununla əlaqədar olaraq dövlət büdcəsindən böyük bir məbləğ torpaqlarımızın yenidənqurma və bərpasına ayrılıb.
Təbii ki, buna adekvat olaraq Böyük Qayıdışla bağlı hədəflər uğurla reallaşdırılır, işğaldan azad edilmiş rayonlarda müasir ticarət və logistika mərkəzləri, iqtisadi zonalar yaradılır. Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı elektrik təchizatını təmin etmək, işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən onlarla su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə Avropa enerji bazarlarına əlavə çıxış əldə edir və ixracı artırmaq imkanına malikdir. “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə tikilən 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin tikintisi işğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası istiqamətində atılan əhəmiyyətli addımlardır.
Təməli qoyulan sosial-infrastruktur obyektləri, inzibati binalar, xəstəxanalar, təhsil müəssisələri, peşə məktəbləri, parklar, məscidlər otuz il doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin rahat həyat şəraitinin təmin olunmasına xidmət edir. Ağalı, Talış kəndlərində yaşayışın bərpa edilməsi, Laçın şəhərinin mərkəzində quruculuq işlərinin demək olar ki, yekunlaşması, Zabux və Sus kəndlərində tikintinin intensiv şəkildə davam etdirilməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlətin həyata keçirdiyi siyasətdə ən prioritet məsələ olduğunu təsdiq edir.
İşğaldan azad olunmuş ərazilərdə görülən sosial-iqtisadi inkişaf və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində həyata keçirilən quruculuq işləri ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilana, Füzuliyə, Laçına və digər ərazilərə quruculuq işlərindən sonra böyük qayıdışın təmin olunması sözün əsl mənasında tarixi hadisədir və eyni zamanda çox böyük nailiyyətdir. Heç şübhəsiz, əldə olunan nailiyyətlər, aparılan böyük quruculuq, bərpa işləri böyük ruh yüksəkliyi yaradıb. Bu da onu göstərir ki, dövlətimiz bu ərazilərdə həyatın tezliklə bərpa olunmasında, oraya tezliklə yerli əhalinin köçürülməsində maraqlıdır. Elə əhali də öz doğma torpaqlarına qayıdacaqlarını günü səbirsizliklə gözləyir və yurdlarına könüllü şəkildə qayıdır.
Yeri gəlmişkən, “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən sorğu nəticəsində məlum olub ki, keçmiş məcburi köçkünlərin 95 faizi öz doğma yurdlarına qayıtmaq niyyətindədir.
Qeyd edək ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən reallaşdırılıb.
Layihənin təqdimat mərasimində koordinator Rəsmiyyə Abdullayeva bildirib ki, sorğu zamanı məcburi köçkünlərin qayıdışla bağlı arzu və təklifləri öyrənilib, onların doğma yurda dönüş barədə qərarlarına təsir edən amillər müəyyənləşdirilib, ilkin proqnozlar hazırlanıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş üçün bütün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda Dövlət Proqramının Tədbirlər Planı üzrə intensiv iş aparılır, qayıdış prosesi uğurla davam etdirilir.
Layihə çərçivəsində “fokus-qrup” sorğular tədqiqatın əsas metodu kimi seçilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Füzulidən olan 170 respondent cəlb olunub.
Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib.
Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda tədqiqatın nəticələri geniş müzakirə edilib, rəy və təkliflər bildirilib. Tədqiqata dair yekun hesabatda bunların nəzərə alınacağı bildirilib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33

