Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Həyatınız dəyişəcək

Həyatınız dəyişəcək

13.01.2023 [11:36]

Su içərkən ona gözəl sözlər pıçıldayın...

Suya dualar oxumaq, yuxunu suya danışmaq, yeni doğulmuş uşağı xaç suyuna salmaq...

Müxtəlif mədəniyyətlərdə, dinlərdə su ilə bağlı olan belə ritualların, inancların kökündə nə dayanır? Müxtəlif araşdırmalar nəticəsində alimlər belə qənaətə gəliblər ki, müasir insanlar su haqqında heç nə bilmirlər. Onun möcüzəvi xüsusiyyətlərindən xəbərsizdirlər. Su adi bir kimyəvi birləşmə olsa da, güclü yaddaşa sahibdir. Ətrafda olan hər bir hadisə suyun yaddaşına yazılır, onda iz buraxır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, suyun hər bir hücrəsində 440 min informasiya daşıyıcısı mövcuddur.

1956-cı ildə qəribə bir hadisə baş verir. Cənub Şərqi Asiyada baktereoloji silahların hazırlanması ilə bağlı toplantı keçirilir. Müzakirələrin gedişi zamanı alimlər stolun üzərindəki qabdan su süzüb içirlər. Bir qədər keçəndən sonra onlar özlərini pis hiss edirlər. Alimləri təcili yardım maşını ilə xəstəxanaya çatdırırlar. Maraqlıdır ki, onların hər birinə zəhərlənmə diaqnozu qoyulur. Amma alimlər bir neçə saat ərzində sudan başqa heç bir qida qəbul etmədiklərini deyirlər. Dərhal toplantı otağındakı suyun tərkibi araşdırılır. Heç bir zəhərləyici maddə aşkar edilmir. Bu hadisə sirr olaraq qalır. Yalnız 20 ildən sonra belə bir mülahizə irəli sürülür: alimlərin zəhərlənməsinə suyun yaddaşı səbəb olub! Yəni, baktereoloji silahların hazırlanması ilə bağlı mülahizələr suyun yaddaşına hopub. Bəli, mənfi və müsbət emosiyalar suya güclü təsir edir. Professor Konstantin Korotkov bu həqiqəti öz laboratoriyasında apardığı tədqiqatla sübut edir. Əvvəlcə iki qabda su götürülür. Tədqiqatda iştirak edənlər qabdakı sulardan birinə sevgi dolu emosiyalarla baxıb, gözəl sözlər söyləyirlər. Digər qabdakı suyasa əksinə, mənfi emosiyalar ötürülür, aqressivlik, qorxu, həyəcan ifadə edən sözlər deyilir.  Sonda hər iki qabdakı suyun tərkibi araşdırılır. Müəyyən edilir ki,  gözəl sözlər, sevgi suyun energetikasını yüksəldir, ona yaxşı təsir göstərir. Aqressivliksə suyun kristal qəfəsini məhv edir, keyfiyyətini aşağı salır. Belə tədqiqatlar əkin sahələrində də aparılır. Ortaya maraqlı bir nəticə çıxır: gözəl sözlər deyilmiş su ilə suvarılan sahələrdə bitkilər tez inkişaf edir. Üstəlik, məhsuldarlıq da yüksək olur. Bütün bunları nəzərə alsaq,  o zaman müxtəlif xalqlarda,  dinlərdə olan bəzi ritualların, inancların da suyun yaddaşı ilə bağlılığını anlamaq çətin deyil. Türk xalqlarının mədəniyyətində, folklorunda su ilə bağlı kifayət qədər belə inanclar, adətlər mövcuddur. Məsələn, su çərşənbəsində sübh tezdən bulaq üstünə getmək adəti vardır. İnsanlar  “təzə suda” əl-üzünü yuyar, bir-birinin üstünə su atardılar ki, il uğurlu gəlsin. Bulaqdan gətirdikləri su ilə həyət-bacanı da sulayardılar, bu suyu şəfa, uğur mənbəyi hesab edərdilər.

İslam dinində namazdan öncə dua edərək dəstəmaz almaq, xristianlıqda yeni doğulan uşaqları dualar oxunmuş xaç suyuna salmaq kimi qaydalar da suyun yaddaşı ilə bağlıdır. İnsanlar inanıblar ki, xoş niyyətli dualar oxunan su onlara xoşbəxtlik gətirəcək. 

Daha bir fakt: tarixi mənbələrə görə, 1472-ci ildə Karl Gastinsis adlı bir keşişə böhtan atırlar, onu haqsız yerə həbs edirlər. Həbsdə saxlanıldığı müddət ərzində ona yalnız bayat çörək  bir də çirkli su verirlər. Düşünürlər ki, çirkli su onun bədənini zəiflədəcək, xəstəliklər yaradacaq. Amma 40 gündən sonra keşişin səhhətinin pisləşmədiyini, əksinə, yaxşılaşdığını görürlər. O, bunun səbəbini belə izah edir: “Mən hər gün kirli suya dualar oxuyurdum, Tanrıya isə bu sınağa görə təşəkkür edirdim”.  Onun həyatını xoş sözlər xilas etmişdi! 

Elm sübut edir ki, təkcə sözlər deyil, musiqilər də suya öz təsirini göstərir. 1995-ci ildə doktor Masaru Emoto bu təsiri öyrənmək məqsədilə təcrübələr aparır. Laboratoriyada 50 fərqli qaba 0.5 sm. miqdarında su tökürlər, qabları  3 saat ərzində -25°c temperaturda dondururlar. Sonra temperaturu  -5°c olan soyuducuya yerləşdirirlər. Bu zaman suya müxtəlif janrda musiqilər “dinlədirlər”.Kameralı mikroskopla 50 fərqli su damcısının şəkillərini çəkirlər. Nəticə hər kəsi şoka salır - su kristalları müxtəlif janrlarda olan musiqiləri “dinlədikcə”  fərqli görüntülər ortaya çıxır.

Bütün bunları nəzərə alıb su ilə daha həssas - bir canlı kimi davransaq, çox şey qazanmış olarıq. Məsələn, su içəndə ona gözəl sözlər deyə bilərik. Əmin olun ki, bu zaman onun canımıza faydası qat-qat artacaq. Bir sözlə,  suyun evimizə kimi gəlib çatdığı yollardan tutmuş,  bizim onu hansı ovqatda içməyimizə qədər hər şeyin, yəni onun yaddaşına yazılan bütün informasiyanın bizim həyatımıza, səhhətimizə təsiri böyükdür. Yaxşı ki, suyun  öz yaddaşını təmizləmək gücü də var. Su  buxarlanaraq buludlara çevrilir. Sonra yenidən yağış şəklində yerə qayıdır. Bu zaman təmizlənərək ilkin halına dönür. Ona görə də yağış suyu faydalı sayılır. Tərkibinə görə adi distillə olunmuş suya bənzəsə də,  faydaları ondan qat-qat çoxdur. Hətta, yağış suyunun insan orqanizmi üçün çox şəfalı olduğu da deyilir.

Səfurə Çərkəzqızı

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31