3 rəngli dairə...
05.08.2023 [12:00]
Y.BAYRAMOVA
Hər gün dəfələrlə rastlaşdığımız işıqforların yol qaydalarının tənzimlənməsində əhəmiyyəti olduqca böyükdür. 3 işıqlı bu vasitə sayəsində baş verə biləcək yol qəzalarının qarşısı alınır, qarışıqlıq yaranmadan avtomobillər öz istiqamətləri üzrə rahat hərəkət edə bilirlər. Amma işıqfor yaranan zaman bugünkü qədər sadə və asan idarə funksiyalarına sahib deyildi.
İşıqforların tarixi
İlk işıqfor 1868-ci il dekabrın 10-da Londonda Britaniya Parlamentinin binası yaxınlığında quraşdırılıb. Onun ixtiraçısı Con Pik Nayt dəmir yolu semaforu mütəxəssisi idi. İşıqfor əl ilə idarə olunurdu və iki semafor oxu var idi: üfüqi qaldırılmış - “stop” siqnalı, 45° bucaq altında endirilən isə - ehtiyatlı hərəkət demək idi. Sutkanın qaranlıq vaxtında fırlanan qaz lampası istifadə edilirdi, onun köməyi ilə müvafiq olaraq qırmızı və yaşıl rəngli siqnallar ötürülürdü. İşıqfor piyadaların küçədə keçməsini asanlaşdırmaq üçün istifadə olunur, ancaq onun siqnalları arabalar üçün nəzərdə tutulurdu - piyadalar gedərkən arabalar dayanmalı idi. 2 yanvar 1869-cu ildə işıqforun qaz fənəri partladı, işıqfora nəzarət edən polis məmuru xəsarət aldı, bundan sonra Avropada işıqfor qadağan edildi.
İnsanın birbaşa iştirakı olmadan dəyişə bilən ilk avtomatik işıqfor sistemi 1910-cu ildə Çikaqodan olan Ernst Sirrin tərəfindən hazırlanaraq patentləşdirilib. Onun işıqforu işıqlandırılmamış “Stop” və “Processed” yazılarından istifadə edirdi.
İlk elektrikli işıqforun ixtiraçısı isə Lester Vayrdır. O, 1912-ci ildə qırmızı və yaşıl rəngli iki dairəvi elektrik siqnalları olan bir işıqfor hazırlayıb. Lakin Vayr bu işıqforu patentləşdirməmişdi.
109 il öncə...
5 avqust 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk dəfə elektriklə işləyən işıqfor quraşdırılıb. Beynəlxalq işıqfor günü məhz bu tarixin şərəfinə qeyd edilir. Dörd elektrik işıqforundan ibarət konstruksiyanın müəllifi Ceyms Hoq idi. İşıqforun 2 rəngi var idi və rənglərə keçid səs siqnalları ilə baş verirdi. Sistem şüşə qutuda oturan polis tərəfindən idarə olunurdu.
1920-ci ildə isə ilk dəfə olaraq üç - qırmzı, sarı, yaşıl rəngli işıqfor Detroyt və Nyu-York şəhərlərində quraşdırılıb. Bu ixtiranın müəllifləri-Vilyam Pots və Con Harris idi.
“İşıqforun atası”
İşıqforların tarixi haqqında danışılan zaman ən çox adı hallanan şəxs amerikalı mühəndis Qarret Morqandır. O, 1923-ci ildə tam avtomatlaşdırılmış və orijinal konstruksiyalı işıqforu patentləşdirib. Qurğunun təyinatı avtomobil sürücüsünün şəxsiyyətindən aslı olmayaraq yolayrıcında keçid vaxtı növbəliliyin təmin edilməsidir. Bu səbəbdən o dövrdə belə bir məsəl yaranmışdı: “Allah sürücüləri yaratdı, Qarret Morqan isə onları bərabərləşdirdi”. Morqan “işıqforun atası” hesab edilir və 1925-ci ildən sonra dünyada quraşdırılan işıqforlar onun sxemi əsasında düzəldilirdi.
Niyə məhz qırmızı, sarı, yaşıl?
Qırmızı təhlükə rəngidir. Bu rəng gündüz və gecə, yağışda və dumanda yaxşı görünür. Eyni zamanda, qadağa işarəsi üçün ideal rəng hesab edilir. Yaşıl rəng isə qırmızıdan tamamilə seçilir və onları qarışdırmaq mümkün deyil. Bu iki rəngin ortasında olan sarı rəng diqqət cəlb edən rənglərdən biridir və sürücüləri diqqətli olmağa çağırır. Müəyyən müddətdən sonra fizika alimləri qırmızı, sarı və yaşıl rənglərin nəyə görə işıqforlar üçün bir növ standart kimi qəbul olunduğunu izah edə biliblər. Bütün rənglərin içində məhz bu üç rəng ən uzun spektr dalğasına malikdir. Ona görə də onlar uzaq məsafədən aydın görünür.
Son yüz il ərzində işıqforlar daim inkişaf edərək daha mürəkkəb, həmçinin rahat formaya gəlib çıxıb. Bu gün təkcə avtomobillər üçün deyil, həm də piyadalar, velosipedçilər üçün işıqforlar var. Kimlərsə işıqforun yalnız məhdudiyyət olduğunu düşünə bilər. Lakin unutmamlıyıq ki, üçrəngli bu optik cihaz olmasaydı, yol hərəkəti xaotik və son dərəcə təhlükəli olardı. Yanından keçəndə təşəkkür etməyi unutmayın...
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

