Mollabaşı, həm də Çobanyastığı
13.09.2023 [10:48]
Xalq təbabəti
Şahanə
Xalq təbabətində ən çox istifadə olunan bitkilərdən biri də çobanyastığıdır.Yol kənarlarında və boş ərazilərdə özbaşına bitən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir. Əsasən adi çobanyastığı və matrikaria kamomilla növləri geniş yayılıb. Bu bitkini əldə etmək elə də çətin deyil. Adi çobanyastığı yabanı halda düzənliklərdə, səhralıqlarda və quru yerlərdə bitir. Ətirli çobanyastığı alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.
Deyilənə görə...
Qədim romalılar bu bitkiyə “chamaemelon” adı vermişdilər. Bitkinin əsl adı isə, yəni “Romaşka” birinci dəfə XVIII əsrdə yaranıb. “Romaşka” sözü “roman” sözündən formalaşıb. Tibb ədəbiyyatında çobanyastığını həm də “Roma çiçəyi” adlandırıblar. Bitkinin yunanca adı isə “ağ çiçək” kimi tərcümə olunur. Qədim Misirdə çobanyastığı çiçəyi günəş Tanrısı Raya həsr edilib. Onu ləçəkləri ilə çoxlu taleləri, yolları birləşdirən balaca günəş biliblər.
Faydaları: bitmir ki, bitmir
Çobanyastığı çiçəklərindən müalicə – profilaktik və kosmetik məqsədlə dünyanın əksər ölkələrində istifadə olunur. Çiçəklər dəmləmə, bişirmə, toz və digər şəkildə ayrıca və yaxud mürəkkəb qarışıqlar tərkibində tətbiq olunur. Təzə hazırlanmış dəmləməsi yaxud bişirməsi antiseptik, antiiltihab, spazmolitik, ağrıkəsici, antiallergetik, sakitləşdirici vasitə kimi mədə – bağırsaq, dəri, ağız boşluğu, tənəffüs yolları, qadın xəstəlikləri və digər xəstəliklər zamanı tətbiq olunur. Çobanyastığı dəmləməsi spazmolitik vasitə kimi kəskin və xroniki qastritlər, mədə və 12 barmaq bağırsağın xorası, bağırsaqlarda qıcqırma ilə müşayiət edilən xroniki spazmatik kolitlər və enterokolitlər zamanı işlədilir. Çobanyastığı qaraciyər və öd yolları xəstəlikləri, sarılıq zamanı öd axarlarının spazmasını aradan qaldırır, öd axınını gücləndirir, iltihabı azaldır. Çobanyastığı çiçəklərinin dəmləməsindən irinli yaraların, xoraların yuyulmasında, göz xəstəliklərinin müalicəsində istifadə edilir. Müalicə məqsədləri üçün çəmən çobanyastığını çiçək açan zaman toplayırlar.
Çobanyastığı çiçəklərindən çay hazırlanan zaman1 xörək qaşığına 200 ml qaynar su əlavə еtmək tövsiyyə edilir. Xora xəstəliyində təzəcə hazırlanmış dəmləməsini hər səhər içmək lazımdır. Bundan sonra növbə ilə bədənin hər dörd tərəfi üzərində yatmalı ki, dəmləmə bərabər qaydada mədənin sеlikli qişasına təsir еtsin və ağrını kəssin. 15 dəqiqədən sonra isə xörək yеmək lazımdır.
Çayla gözə sarğı edilsə, gözdəki şişlikləri aradan qaldırar. Çobanyastığı suyu duş suyuna qatılsa, insan dərisini təzələyər və saçlara parlaqlıq verər. Ayrıca, çobanyastığı suyu ilə duş qəbul etmək xəstələrin yaxşılaşmasını da sürətləndirər. Çobanyastığı yağı ağrı müalicəsi üçün istifadə edilər. Xüsusilə uşaq və körpələrdəki qarın ağrısında çobanyastığı yağı isidilib qarına masaj etmək lazımdır. Çobanyastığı qaynadılıb buxarı tənəffüs edilsə, soyuqdəymə və sinüzitə yaxşı gəlir. Faydaları arasında bağırsaq qazlarını azalması da sayıla bilər. Bunun üçün isə süd ilə birlikdə içilməlidir.
Qeyd edək ki, çobanyastığıdan çay, yağı və boya əldə edilir. Çobanyastığı çayı xarab olmuş dəriləri təmizləmək və təzələmək üçün çox faydalıdır.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30

