Samovarın vətəni haradır?
19.09.2023 [13:24]
M.BAYRAMLI
Bir çox xalqlarda olduğu kimi, azərbaycanlıların da məişətdə işlətdiyi mətbəx əşyaları sırasında samovar əsas yerlərdən birini tutur. Samovar həmişə qiymətli mətbəx əşyası sayılıb. Onun tarixi və hansı xalqa məxsusluğu ilə bağlı mübahisəli fikirlər çoxdur. “Samovar” sözü rus dilindən tərcümədə özüqaynadan deməkdir. Rus mənbələri bu əşyanın ana vətəninin Rusiya olduğunu iddia edilir. Belə ki, ilk samovarın 1778-ci ildə Rusiyanın Tula şəhərində İvan və Nazar Lisitsın qardaşları tərəfindən hazırlandığı qeyd olunur. Həmin tarixdən sonra Rusiyada samovar istehsalı tədricən geniş miqyas almağa başlayır. 1808-ci ildə Tulada artıq 8, 1850-ci ildə 28 samovar zavodu fəaliyyət göstərir.
Bir sıra mənbələr isə rusların bu mətbəx əşyasını türklərdən mənimsədiklərini irəli sürür. Məsələn, mənbələrin biri qeyd edir ki, ruslar samovar hazırlamağa başlamamışdan hələ çox-çox əvvəl türklərin yaşadıqları yerlərdə su qaynatmaq üçün bu cür mətbəx əşyasından istifadə olunub. Yeri gəlmişkən deyək ki, 3700 il yaşı olan ən qədim samovar da məhz Azərbaycanda (Şəki bölgəsində) tapılıb. Bu, yaşı 2000 il olan Misir samovarından belə daha qədimdir.
Misgərlik sənətinin güclü inkişaf etdiyi Azərbaycanın İsmayıllı rayonundakı Lahıc qəsəbəsi qədim samovarların düzəldildiyi yaşayış məntəqələrindən biri sayılır. Qədim Lahıcda düzəldilən qədim samovarlardan biri bu gün də muzeydə qorunub saxlanılır. Bu samovar öz proporsiyalarının düzgünlüyü, formasının gözəlliyi ilə bərabər üzərindəki bəzəkləri ilə də diqqəti cəlb edir. Onun üzərində stilizə olunmuş nəbati, zoomorf və insan təsvirləri həkk olunub. Samovarın dekorativ tərtibatında istifadə olunan naxışların əksəriyyətinə biz Azərbaycan el sənətinin bir çox növlərində (daş və divar bəzəkləri, parça, tikmə və s.) rast gəlirik. Məlumatlara görə, samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən 1717-ci ildə misdən hazırlanıb və bəzədilib.
Samovar çay dəmləmək və dəmli çayın rənginin açılması üçün lazım olan isti suyun qaynatılmasında istifadə edilən və içərisində kömür yanan ocağı olan qabdır. Haqqında danışdığımız samovarın od yandırılan borusunun alt hissəsində havalandırma dəlikləri, yuxarı hissəsində isə bacası olur. Su ilə dolu samovar qaynadılarkən odun daha yaxşı yanması üçün bacaya əlavə boru keçirilir. Qaynama prosesi boyunca samovarın içərisindəki odun kömürü aradabir maşa ilə qarışdırılır. Qaynama prosesi yekunlaşandan sonra samovarın yan tərəfinin aşağı hissəsindəki lüləkdən su götürmək üçün istifadə olunur.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

