Yuxusuzluq probleminə nə səbəb olur?
24.11.2023 [09:54]
Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu, panik atak kimi xəstəliklərlə paralel olaraq rast gəlinir.
Yuxu pozuntuları özünü bir çox formalarda göstərir. Daha tez-tez rast gəldiyimiz yuxuya getmədə çətinliklər və yuxunun keyfiyyətinin aşağı olmasıdır. Bunlardan başqa yuxuda qorxu sindromu, qorxulu yuxular, narahat ayaq sindromu, yuxu apnoyesi (tənəffüsün ani dayanması - daha çox xoruldayan insanlarda olur) kimi yuxu parasomniyaları məlumdur.
İnsomnia diaqnozunun qoyulması üçün xəstədən ətraflı məlumat toplanmalıdır. Belə ki, yaxın qohumlarda belə bir problemin olub-olmamasından tutmuş bu problemin nə vaxt başladığını, nə qədər davam etdiyini, artıb azalmaların olub – olmadığına qədər dəqiqləşdirmək lazımdır. Bundan başqa, xəstənin orqanizmində hər hansı digər tibbi problemlərin olub-olmamasını da araşdırmaq lazımdır (məsələn, xroniki ağrılar, qaraciyər problemi, allergik reaksiyalar və s). Eləcə də xəstənin yuxuya getməsinə mane ola biləcək spirtli içki qəbulu, narkotik maddədən istifadə məsələlərinə diqqət yetirməli, yataq otağının havalandırılmasına, otaqda pis qoxuların olmasına, səs - küyə, işıqlandırmanın hansı səviyyədə olmasına fikir verilməlidir.
Klinik praktikada tez-tez rast gəlinən yuxusuzluq formaları aşağıdakılardır:
Psixofizioloji insomnia- şəxs heç bir ciddi stress yaşamamasına baxmayaraq, insan yuxuya gedə bilmir, yataqda çevrilir, ağlına müxtəlif fikirlər gəlir, keçmişi və gələcəyi haqqında dayanmadan fikirləşir. Lakin beynində əsas olan fikir, təkrar yata bilməyəcəyini düşünməkdir.
Kəskin insomnia – bəlli bir stressdən sonra yaranan yuxu pozuntusudur. Bu problem müəyyən bir müddətdən sonra aradan qalxır.
Yuxu keyfiyyətinin düzgün dəyərləndirilməməsi
Bəzən insan gün ərzində 6- 8 saat yatmasına baxmayaraq, hər dəfə səhər oyananda heç yata bilmədiyini söyləyir.
İdiopatik insomnia - Gənclik illərində meydana gəlir və yuxu oyaqlıq balansının pozulması ilə özünü göstərir.
Pis yuxu gigiyenasına bağlı yuxusuzluq - burada yuxunun pozulmasına yataq otağının yaxşı havalandırılmaması, ətrafında səs-küyün olması və s. kimi səbəblər təsir edir. Bu problemlər aradan qalxan kimi yuxu problemi də həllini tapır.
Dərman terapiyası
Pozulmuş yuxu funksiyasının qaydaya salınması məqsədilə istifadə etdiyimiz dərmanlar müxtəlifdir. Lakin onların hamısı üçün bəzi təsdiqlənmiş istifadə şərtləri var:
Dərmanlar hər gün eyni vaxtda qəbul edilməlidir.
Bu dərmanların yuxu məqsədilə iki aydan çox qəbul edilməsi yolverilməzdir.
Dərman qəbuluna bütün hallarda ən kiçik dozadan başlamaq lazımdır.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

