Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
18.12.2024 [19:14]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Milli Kitabxanaya dəvət olunublar.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib. Bu məqsədlə təşkil edilən tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin region kitabxanalarında tətbiqi artıq iki ildir həyata keçirilir və bu, kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. O qeyd edib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq təlimdə məqsəd qarşıya çıxan problemlərin birgə həllidir. O, təlimdə iştirak edən əməkdaşları mütəxəssislərin təcrübələrindən yararlanmağa dəvət edib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədov bu sistemin dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini deyib. O, nazirliyin tabeliyindəki kütləvi kitabxanalarda bu sistemin tətbiqi istiqamətində görülən işlərdən danışıb.
Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak ediblər.
Növbəti təlimlər dekabrın 19-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları üçün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, dekabrın 20-də isə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları üçün Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçiriləcək.
Dekabrın 21-də isə mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olacaq, tövsiyələrini verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22