Yubilyar haqqında maraqlı kitab
12.06.2025 [17:38]
Tanınmış yazıçı Xeyrəddin Qocanın anadan olmasının 75 illiyi münasibətilə “Molla Nəsrəddin” yolu” adlı yeni kitab işıq üzü görüb.
“Mütərcim” nəşriyyatında nəfis şəkildə çat olunan kitabda son 10 ildə yazıçı haqqında dövrü mətbuatda dərc olunmuş məqalələr, həmçinin yubilyarın yeni hekayələri və pyesləri toplanıb.
Kitabda akademik İsa Həbibbəylinin "Satirik qələmlə mübariz keşikdə", akademik Nizami Cəfərovun fikirləri əks olunan "Akademik Nizami Cəfərovun dedikləri", AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin" ədəbi məktəbinin layiqli davamçısı", filologiya üzrə fəlsəfə doktoru Alqış Musayevin "Yazıçı, publisist, diplomat", Sərvaz Hüseyinoğlunun "Siyah içindəymiş sədəf sən demə..." kimi dəyərli yazıları, bir sıra qələm adamlarının, elm, mədəniyyət, incəsənət xadimlərinin fikir, mülahizə və düşüncələri yer alıb.
Maraqlıdır ki, məqalələrin hamısında Ümummilli Lider Heydər Əliyevlə Xeyrəddin Qocanın unudulmaz, xoş münasibətləri və görüşləri haqqında fikirlər qırmızı xətlə keçir.
Yazıçının 40-a yaxın yeni hekayələri, "Zamanın ruzigarı", "Bu da axırı.. " adlı pyesləri, səhnələşdirilmiş əsərlərinin afişaları, bəzi tamaşalarından səhnələr, ona həsr olunmuş "Dostluq şarj"ları, satirik hekayələrinə çəkilmiş gülüş dolu illüstrasiyalar kitabın məziyyətlərini daha da artırır.
“Molla Nəsrəddin” yolu” kitabının tərtibçisi gənc yazıçı Selcan Muradzadədir. Onun gərgin axtarışları və əməyi sayəsində oxuculara nəfis, yaddaqalan bir kitab təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12

