Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Türkiyənin ən ucqar kəndlərindən birinə Azərbaycandan 600 kitab hədiyyə edilib

Türkiyənin ən ucqar kəndlərindən birinə Azərbaycandan 600 kitab hədiyyə edilib

01.09.2025 [10:50]

Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Türkiyənin Tokat vilayətinin Rəşadiye rayonunda açılan kitabxanaya 600 nəşr hədiyyə edilib. Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi, eləcə də türkiyəli yazıçı-ədəbiyyatşünas, rəssam Selvigül Şahinin vasitəçiliyi ilə hədiyyə olunan kitablar Reşadiyenin ən ucqar kəndlərindən olan Demircilidə oxuculara təqdim edilib.

AZƏRTAC xəbər verir ki, 30 Avqust - Zəfər Bayramı münasibətilə açılan, Demircili Bələdiyyəsinin nəzdində fəliyyət göstərəcək kitabxanaya hədiyyə edilən nəşrlər arasında Azərbaycan və ümumtürk ədəbiyyatı, mədəniyyəti, dili və tarixini əhatə edən nümunələr, eləcə də dünya ədəbiyyatı, bədii oxu materialları, riyazi biliklər və məntiqi zəkanı inkişaf etdirən kitablar yer alır.

Açılış mərasimində Demirçili Bələdiyyəsinin sədri Mustafa Şahin çıxış edərək bu kitabxananın rayonun mədəni-maarif həyatına önəmli töhfə verəcəyini bildirib. Çıxışında nəqliyyat vasitələrinin belə çətinliklə hərəkət etdiyi, yüksək dağlıq ərazidə yaşayan həmvətənləri üçün kitabxana qurmaq təşəbbüsünə yaxından kömək göstərənlərə minnətdarlığını bildirən Selvigül Şahin bu işdə böyük dəstəyi olan qardaş Azərbaycan ziyalılarına təşəkkürünü ifadə edib. Çıxışlarda bildirilib ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən hədiyyə edilən nəşrlər arasında "Azərbaycandan Analoduya axan türkcə", "Türkiyəni yoğuranlar", "Türk xalqları ədəbiyyatı" kimi kitabların olması özü də "Bir millət, iki dövlət" kəlamının bariz nümunəsidir və kitabxana otaqlarından biri Azərbaycana həsr edilib.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30