VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub
03.10.2025 [11:25]
Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.
2013-cü ildən etibarən artıq 7-ci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirildiyini deyən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilk müsabiqədə 20 ölkədən 100-dən çox layihənin təqdim olunduğunu xatırladıb. O, fikirlərinə belə davam edib: “Bu ənənəni davam etdirməyi qərara aldıq və hər iki ildən bir təkrarladıq. Müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artırdı. Budəfəki müsabiqədə 40-a yaxın ölkədən 270 layihə təqdim olunub. Bu müsabiqə Beynəlxalq Memarlar İttifaqının 5 ən nüfuzlu müsabiqələrindən biridir. Münsiflər heyəti hər zaman 5 nəfərdən ibarət olub. Onlardan 4-ü Beynəlxalq Memarlar İttifaqı səviyyəsində tanınmış və təqdim olunmuş xarici ekspertlərdir. Yeddi nominasiya üzrə keçirilən müsabiqə kifayət qədər mötəbərdir".
Mədəniyyət naziri Adil Kərimli Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində dünyanın bir çox tanınmış memarlarının iki ildən bir paytaxtımızda toplaşaraq ən vacib məsələlərin həllində birgə iştirak etdiklərini və bu sahənin inkişafına öz töhfələrini verdiklərini bildirib.
“Prezident İlham Əliyev memarlığın inkişafına dayanıqlı və hərtərəfli dəstək göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin hamisidir. Mehriban xanım Əliyeva mədəniyyətin vacib sahələrindən biri kimi memarlığa da xüsusi diqqət yetirir, mədəni irsin qorunması, bərpası və onun gələcək nəsillərə çatdırılması işinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva da mədəniyyət sahəsində layihələri həm yaxından dəstəkləyir, həm də bütövlükdə mədəniyyət xadimlərinin, memarların ən yaxın dostlarıdırlar", - deyə nazir qeyd edib.
Sonra müsabiqənin münsiflər heyətinin üzvləri Azərbaycan Memarlar İttifaqının ali mükafatı - akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunublar.
Daha sonra müsabiqənin yekunları elan olunub. Hər nominasiya üzrə üç yerin qalibi təltif edilib.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

