/ / Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
15.10.2025 [11:03]
Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır. Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında MAMA “Ana təbiət” sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.
Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyeva layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən “yaşıl” şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.
Rəhbəri olduğu IDEA İctimai Birliyinin bütün layihələrinə yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva təbiətin mühafizəsi məqsədilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində bir milyondan çox ağac əkildiyini qeyd edib, nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində, eləcə də suya qənaətlə bağlı “Bir damcı” layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb.
IDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu, yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır.
Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan MAMA “Ana təbiət” incəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə, canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir.
Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.
Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.
x x x
Qeyd edək ki, Leyla Əliyeva və Arzu Əliyeva həmin gün “Q” Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisinin də açılışında iştirak ediblər.
Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də iştirak ediblər.
Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına - dəqiqliyə, sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə dəvət edir. Bu sərgi Samir Kaçayevin yarımçıq qalan sənət dünyasının sükutla yazılmış davamıdır. Onun fırçasının toxunuşları yarımçıq qalsa da, hər bir əsərində zamanın sərhədlərini aşan bir nəfəs yaşayır. Sərgi Samirin sönməyən ilhamını, sənətin ölümə meydan oxuyan əbədiliyini və ruhunun rənglərdəki davamını təcəssüm etdirir. Burada hər baxış, hər bir xətt onunla bitməyən, amma sonsuzluğa uzanan bir hekayənin parçasıdır.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

