Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Azərxalça” ASC Şuşa məscidi üçün dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçasını hazırlayır

“Azərxalça” ASC Şuşa məscidi üçün dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçasını hazırlayır

28.10.2025 [14:40]

Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, adıçəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalsa üzərində işə ötən ilin dekabrından başlanılıb.

Oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.

Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31