Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Voleybolçularımız "Fənər"in ən yaxşısı oldu

Voleybolçularımız "Fənər"in ən yaxşısı oldu

23.04.2009 [16:48]

Voleybolçularımız - Valeriya Korotenko və Oksana Parxomenkonun çıxış etdiyi “Fənərbaxça Acıbadem” Türkiyə çempionatının final mərhələsində mübarizəyə başlayıb. İstanbul klubu qızıl medallar uğrunda “Eczacıbaşı Zentiva”ya qarşı ilk oyuna çıxıb.
Oyun həddən artıq gərgin mübarizə şəraitində keçib. Təsadüfi deyil ki, qalib 5 setdə müəyyənləşib. İlk iki setdə məğlubiyyətlə barışmalı olan “Fənər”, səfərdə keçirdiyi matçda ardıcıl üç seti qalib başa vuraraq, final mərhələsinə qələbəylə başlaya bilib - 2:3.
Final mərhələsində üç qələbə qazanan komanda Türkiyə çempionu olacaq. Hazırda “Fənərbaxça Acıbadem” 1:0 hesabıyla öndədir. İkinci qarşılaşma aprelin 24-də İstanbulda keçiriləcək. Hər iki voleybolçumuz matçın iştirakçısı olub. Türkiyə mətbuatı Valeriya və Oksananı matçın ən yaxşısı seçib. Belə ki, “Fənər”in heyətində üç voleybolçunun oyunu üç ulduzla qiymətləndirilib. Onlardan ikisi azərbaycanlı idmançılar olub.

Paylaş:
Baxılıb: 1526 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30