"İslam mədəni dəyərləri müasir mədəniyyətlərin dialoqu şəraitində"
05.06.2009 [09:13]
Dünən M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” silsilə tədbirlər çərçivəsində növbəti dəyirmi masa keçirilib. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbir “İslam mədəni dəyərləri müasir mədəniyyətlərin dialoqu şəraitində” mövzusuna həsr olunub. “Şərq-Qərb mədəni dialoqunda islamın yeri”, “İslam terrorizmə qarşı”, “İslam dini - milli tolerantlıq” və digər məsələlərin müzakirə olunduğu tədbirdə giriş sözü ilə çıxış edən mərkəzin direktoru Vilayət İsmayılov ilk olaraq qeyd edib ki, texnologiyanın çox yüksək sürətlə inkişaf etdiyi bir vaxtda qloballaşan dünyada sivilizasiyaların dialoqu qaçılmazdır. Bu baxımdan, dialoq şəraitində mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri inkarolunmaz həqiqətdir. Daha sonra Azərbaycan dövlətinin İslam dəyərlərinin inkişafına, dünyada dialoqun bərqərar olmasına verdiyi töhfələrdən, ölkəmizdə mədəni dəyərlərin qorunub saxlanılması baxımından görülmüş işlərdən danışan V.İsmayılov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri xüsusilə vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Vasif Eyvazzadə isə qeyd edib ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan bir İslam ölkəsi kimi həm Şərqin, İslam sivilizasiyasının dəyərlərini, həm də Qərbin mütərəqqi dəyərlərini öz milli mentalitetində tolerantlıq mədəniyyəti kimi formalaşdırıb. Bu gün mədəniyyətlərarası dialoqun bütün dünyada geniş müzakirə olunduğunu deyən V.Eyvazzadə xüsusi olaraq vurğulayıb ki, dünyada sülhün və sabitliyin bərqərar olması, təhlükəsiz mühitin formalaşmasında maraqlı olan Azərbaycan dövləti sivilizasiyalar arasında xoş, müsbət dialoqun təmin olunması istiqamətində daim təşəbbüslərlə çıxış edir, bunun üçün öz gücünü əsirgəmir. O, Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlərin buna bariz nümunə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan Avropa təşkilatlarına və İSESKO-ya üzv olan yeganə ölkədir.
Sonra çıxış edən akademik Fuad Qasımzadə, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov və digər natiqlər İslam dəyərlərinin mütərəqqiliyindən, onun barış, sülh dini olmasından, dünyada gedən dini ayrı-seçkilikdən geniş söhbət açaraq qeyd ediblər ki, Qərbdəki bəzi dairələrin təxribat tipli bəyanatlarına, çağırışlarına baxmayaraq, İslam dəyərləri bəşər cəmiyyətini sülhə, barışa səsləyir.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16

