Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Saakaşvili rüsvay edir...

Saakaşvili rüsvay edir...

29.11.2021 [22:56]

Alqiş Musayev

Qərbi, Amerikanı, Gürcüstanı

(Əslində, mən Soçidən yazmalı idim...)

Baş redaktor yazır...

Gürcüstanın sabiq başçısı ABŞ prezidenti Cozef Baydenə məktub yazıb.

Onun haqqında fikrim heç vaxt birmənalı olmayıb. Söhbət böyük əksəriyyətin “Mişa” deyə azarkeşlik etdiyi, Gürcüstanın sabiq rəhbəri Mixeil Saakaşvilidən gedir. Ən dəqiqi, bu illər ərzində heç o özü də barəsində yekdil bir rəy formalaşdıra bilməyib. O, daha çox ziddiyyətli gedişləri (və gəlişləri) və emosional bəyanatları ilə gündəmdə qalmağa üstünlük verib və verir.

Amma bütün bunlara rəğmən mən onun əbəs yerə tər tökmədiyi qənaətindəyəm.

Adam iş görür. Fərq etməz, bilərəkdən, ya bilməyərəkdən.

Hazırda o, ABŞ, demokratiya, Qərb standartlarıyla bağlı hər cür illüziyanı, hər növ bərbəzəkli təqdimatı bitdə-bitdə dağıdıb sökür. Hərəkətləri ilə (həm də özünün təbliğ etdiyi) bir çox dəyərləri, güvəndiyi mərkəzləri urvatdan salıb yerlə bərabər edir. Demokratiya sammiti ərəfəsində ABŞ prezidenti Cozef Baydenə ünvanladığı mesajlar kimi.

Haçalanmaya baxın: Gürcüstan bəh-bəhlə Demokratiya sammitinə dəvət edilib. Amma ölkənin sabiq prezidentini həbsxanada kameradan-kameraya un çuvalı kimi sürüyürlər (halbuki, sabiq prezidentlərə münasibət sivil cəmiyyətlərdə demokratiyanın ali norması sayılır. Məsələn, uzağa getməyək, Azərbaycanın iki sabiq prezidenti (birinin özü, digərinin ailə üzvləri) ölkəsində və təhlükəsiz şəraitdə yaşaya bilir. Toxunulmazlığı eks-prezidentlər haqqında qanunla qorunur). Gürcüstanda eks-prezidenti lazımsız, artıq əşya kimi buradan ora, oradan bura daşıyırlar.

Saakaşvilinin Baydenə müraciəti umacaqdan daha çox rişxənd, ironiya və ikrah doğurur. Yəni, Amerika, nə qoymusan, nə axtarırsan, heç bilirsən nə danışırsan? Nə etdiyindən xəbərin var? Eynən 2008-ci ildə yaşananlar kimi.

Sanki 13 il öncə deyil. Gürcüstanın Prezidenti gərgin bir vəziyyətdə tamaşaçıların (və dünyanın) qarşısında qalstukunu çeynəyir. Məşhur bir yerli ifadədə deyildiyi kimi, onu “firitdəyib” qabağa veriblər, Abxaziya, Osetiya əldən gedib, rus tankları Tbilisiyə səmt götürüb. Mişa kömək gözləyir, zəng edir, dəstək əvəzinə, bol-bol ümid verirlər, gerçək təminat verən tapılmır.

Bizimkilər belə olanda çiyinlərini çəkirlər: “Heş zad”.

O zaman yazdıqlarım indinin özündə də aktual olaraq qalır. Emosional addımlar atıb sonra qalstukunu çeynəməyə məhkum edilən dövlət başcısı ölkəsinə,  bölgəsinə sülh, rifah, sabitlik gətirə bilməz.

Əksini iddia edənlər də var. Özü də kifayət qədərdirlər. Saakaşvilinin bölgə və ölkə üçün cahanşümul faydalar verdiyi düşüncəsindədirlər. Deyirlər ki, Saakaşvili Gürcüstanda demokratik bir cəmiyyət qurub, NATO-ya, Avropaya inteqrasiya edən bir idarəçilik mexanizmi yaradıb. Həm də Amerikanın, Qərbin himayəsi ilə.

Sual bir deyil, iki deyil. Sualdan sual törəyir. Mişa necə bir demokratik cəmiyyət yaradıb ki, o cəmiyyətdə Saakaşvilinin özünə belə yer yoxdur? Ən yaxşı halda, ona həmin demokratik cəmiyyətin  həbsxanasında sığınacaq təklif olunur? O necə bir dövlətdir ki, dövlətin sabiq rəhbərini başqa bir dövlətin prezidenti onu öz ölkəsinə buraxmır? Saakaşvili bütün dünyaya car çəkirdi ki, Putin məni Gürcüstana qoymur. Bu bəyanat, ümumiyyətlə, nonsensdir və Gürcüstanı bir dövlət olaraq yerin dibinə itələyir. Necə ola bilər, Gürcüstanı Rusiya Prezidenti yönləndirir?

Dövlətçilik mövzusunda Gürcüstan hökuməti Saakaşvilidən də “xeyli irəli” gedibdir. Gürcü rəsmilərinin dediyindən bəlli olur ki, Saakaşvilinin Gürcüstana haradan və haçan daxil olmasından bir kimsə xəbər tutmayıb. Belə çıxır ki, Gürcüstanda dövlət adına heç nə olmayıb və yoxdur. Bəs haradadır Saakaşvilinin qurduğu demokratik gürcü toplumu, NATO-ya inteqrasiya edən strukturlar, Qərb standartlarıyla işləyən təsisatlar?

Avropa dəyərləri?..

Əslində, sabiq gürcü prezident bu məktubuyla (və təkcə bu məktubuyla yox, çoxillik fəaliyyəti ilə) ABŞ administrasiyasının iş prinsiplərini, Qərb demokratiyasını rüsvay edir, “Demokratiya sammiti”ni təpəsi üstdə çevirir. Mişa ABŞ administrasiyasına “Tbilisinin demokratiya sammitinə dəvət olunmasından imtina edilməlidir” deyir. Çünki bu dəvət yanlış siqnallara səbəb olur. Mişa məktubunda əməlli-başlı həyəcan təbili çalır. “ABŞ administrasiyasını bizim ciddi təhlükə altında olan gənc demokratiyanı müdafiə etməyə çağırıram”. Onun bu çağırışına ABŞ-ın reaksiyası necə olacaq, Mişanın çağırışına necə cavab verəcək? Ümumiyyətlə, cavab verəcəkmi? Çətin. Çünki... Amerika həmişə çağırıldığı yox, çağırılmadığı yerə təşrif buyurmağı xoşlayır. Bu vərdiş onun xarici siyasətinin mühüm istiqamətlərindən biri və birincisidir. Saakaşviliyə görə ABŞ-ın öz adətinə xilaf çıxacağı heç bir halda inandırıcı görünmür.

Az qala dünən baş verib. İraqa da dəvət-filan gözləmədən daxil olmuşdu - “demokratiya gətirir” adıyla. Səddam Hüseynin edam səhnəsi orta əsrlərdən çox-çox əvvəllərdə tətbiq edilən bir cəza üsuluydu. XXI əsrdə bir ölkəyə müdaxilə edib onun başçısını dar ağacından asmaq! Hətta Orta əsrlərdə belə padşahı (prezidenti, lideri) asmaq, linç etmək nümunəsinə nadir hallarda  təsadüf edilib.

Sabiq prezident məktubunda yazır ki, Gürcüstanda azadlıqlar eroziyaya uğrayır, ABŞ gürcü hakimiyyətinə demokratiyanı sarsıtdığı üçün sanksiya tətbiq etməlidir. Təəssüflər olsun ki, ABŞ sabiq prezidentin vurğuladığı “gənc demokratiyalar”a heç vaxt real dəstək göstərməyib. Postsovet ölkələrinə qarşı sərgilədiyi davranış ortadadır... Gənc və müstəqil ölkələri o yalnız müstəqil coğrafiyalar statusunda qavrayır. Ərazisində ticarət edir. Hərbi-siyasi plastdarm kimi yararlanır. Və... Vəssalam.

Postsovet respublikalarının (gənc demokratiyaların) milli dövlətçilik institutları kimi inkişafı və perspektivi ABŞ-ı maraqlandırmır və narahat etmir. Tarix sübut edir ki, ABŞ “demokratiya” deyənlərin hayına yetişməz. O, “demokratiya”nı ya özüylə gətirir, ya da göndərir.

“Demokratiya”nı özüylə gətirəndə dar ağacına qaldırılan Səddam Hüseyn nümunəsi, “demokratiya”nı göndərəndə Saakaşvilinin timsalında öz doğma ölkəsinin həbsxanasında döşəmə əskisi yerinə istifadə edilən sabiq prezident nümunəsi yaranır.

Yeri gəlmişkən, Gürcüstanda sabiq prezidentlər haqqında qanun var ya yox, onu dəqiq bilmirəm.

2007-ci ildə bir qrup qəzet redaktoruyla ABŞ-a səfər etmişdik. Dövlət departamentinin dəvətiylə gerçəkləşən səfər çərçivəsində söz azadlığı və insan haqlarıyla məşğul olan şəxslərlə görüşdük. Səhv etmirəmsə, onların rəhbəri Nina Oqnayanova adlı bir xanım idi. Bizə Azərbaycana aid hesabatları təqdim etdilər. 4 vərəqlik sənəddə bir məqam diqqətimi çəkdi. O zaman həbsdə yatan Mirzə Sakitin adı belə verilmişdi - “Şairin adını tərcümə etmişdilər - Mirze silence...”. “Ad və familiya tərcümə olunmur”,- dedim. Üzrxahlıq etdilər ki, bu, tərcüməçinin xətasıdır, olayı sırf texniki tərəfdən mənimsəyib.

O vaxtdan ABŞ mənim yadımda hadisələrə, mahiyyəti kənara atıb, sırf texniki olaraq yanaşan bir ölkə kimi qalıb...

Əslində, mən Soçidən yazmalı idim.

Paşinyanın üçtərəfli görüşdə əzik-üzük, əyri-üyrü halını görüb Saakaşvilinin məktubunu xatırladıım. Axı Bayden Paşinyanı da Demokratiya Sammitinə dəvət edib...

Paylaş:
Baxılıb: 773 dəfə

Müəllifin digər məqalələri:

Xarici təzyiqlərə boyun əyməməyin qüruru və düsturu…

Vətəndaş öhdəliyindən irəli gələn...

26.09.2024 [16:17]

40-cı paralel üzərində…

(Çin səfərindən...

08.05.2024 [10:50]

RUHUN ŞAD OLSUN, QONŞU: İLHAM ƏLİYEV BACARDI!

Həmin gün onun dediklərini,...

04.03.2024 [11:28]

HİMNİMİZİN 3-CÜ BƏNDİ...

İLHAM ƏLİYEV XALQIMIZ,...

04.03.2024 [11:19]

İlham Əliyevin sirri

İlham Əliyev Tarix...

04.03.2024 [11:15]

İlham Əliyevin ( və ölkəsinin) əsas resursu nədir?

Baş redaktor...

14.10.2022 [16:06]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31