/ / Novruz Məmmədov: Ermənilərin səsini itirməmək üçün cənab Şerman ABŞ xarici siyasət kursuna və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanat verir
Novruz Məmmədov: Ermənilərin səsini itirməmək üçün cənab Şerman ABŞ xarici siyasət kursuna və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanat verir
02.10.2012 [17:03]
- Novruz müəllim, 3 gün əvvəl ABŞ Konqresinin üzvü cənab Hovard Bermanın Azərbaycanla bağlı bəyanatına münasibət bildirdiniz. Bu haqlı, ədalətli mövqeyiniz hər yerdə diqqət çəkdi. Bundan sonra digər bir konqresmen - Brəd Şerman Dağlıq Qarabağda ermənilərin istifadəyə verməyə hazırlaşdığı aeroportla bağlı ABŞ-ı Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırıb. Buna münasibətiniz necədir?
- Bilirsiniz, hər iki bəyanata münasibət bildirməmək də olardı. Lakin burada mənim üçün bir maraqlı və vacib məqam var ki, ictimaiyyətin diqqətini ona cəlb etmək istərdim. Hər iki konqresmen - həm cənab Berman, həm də cənab Şerman bu günlərdə bir məqsəd üçün çalışırlar. Onlar bir neçə həftədən sonra Konqresə seçkilərdə iştirak etməlidirlər.
Məsələ burasındadır ki, bu iki şəxs üçün Konqresdə bir yer var, yəni onlar bir-birinə rəqibdirlər. Bu iki şəxs Kaliforniya ştatından, Los-Ancelesdən Konqres üzvü seçilməlidirlər. Bu ştatda isə ermənilərin çoxluq təşkil etdiyini, erməni diasporunun güclü mövqeyini nəzərə alsaq, onda hər şey aydın olur. Yəni hər iki konqresmen - həm cənab Berman, həm də cənab Şerman bu bəyanatları ermənilərin xoşuna gəlmək, onların səsini qazanmaq üçün verirlər. Yaxşı ki, seçkilərdən sonra Konqresdə bu iki namizəddən biri qalacaq.
Bu bəyanatların mahiyyətinin beynəlxalq hüquq və ABŞ-ın xarici siyasəti ilə üst-üstə düşüb-düşməməsi onlar üçün vacib deyil. Elə buna görə də cənab Şerman da cənab Berman kimi ABŞ xarici siyasəti və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanat verir. Yəni o, başa düşmək belə istəmir ki, separatizmə dəstək verməklə sülh və rifahı təmin etmək olmaz.
Şerman nəzərə almaq belə istəmir ki, ABŞ sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədridir, münaqişənin ədalətli həlli üçün çalışır, eyni zamanda, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər həm cənab Berman, həm də cənab Şerman Azərbaycanın regionda rolu, ABŞ və Avratlantik strukturlarla əməkdaşlığının xarakteri və mahiyyəti ilə bağlı ətraflı məlumata malik olsaydılar, bu əməkdaşlığın yalnız ABŞ və Azərbaycan üçün deyil, həmçinin dünyada gedən proseslər üçün nə dərəcədə əhəmiyyətli olduğunu başa düşsəydilər, o zaman ABŞ-ın maraqlarını öz şəxsi maraqlarına qurban verməzdilər. Təəssüf ki, ABŞ Konqresinin üzvləri tərəfindən belə addımların atılmasının tez-tez şahidi oluruq.
Xəbər lenti
Hamısına baxMüsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04

